Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FilimlerTələ (film, 1990)

[color=#fe5e5e]Məzmun
Filmdəki gərgin hadisələr Qarabağda baş verir. Bakı tələbələri buraya qaçqınlar üçün qəsəbə tikintisində inşaatçılara köməyə gəlirlər. Bir-birini sevən iki gənc-Tural(Vüqar Mədətov) və Günel(Tamilla Quliyeva) də onların arasındadır. Bir dəfə gecə onlar erməni quldurlarının uğursuz təxribatının şahidi olurlar. Tural imkan tapıb videokameranı işə salır və həmin qorxulu gecədə baş verən hadisələri lentə alır: əllərində partladıcı olan ekstremistlər, partlayışın göyə qalxan alovu, partlayış nəticəsində həlak olmuş bir neçə nəfər quldur, quldurları aparan, nişanı silinmiş vertolyot. Tural əmindir ki, videomaterial cinayətkarların ifşasına kömək edəcəkdir. Bundan xəbər tutan düşmənlər bu arzuolunmaz şahidi aradan götürməyi qərara alırlar...
Film gənclərin bugünkü həyatından, onların vətən təəssübkeşliyindən söhbət açır.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film Ardı »

FilimlerUşaq filmləri

Deyirlər, uşaqlar həmişə həqiqəti danışırlar. Uşaqlar aktyorluq etməyi böyüklərdən yaxşı bacarırlar. Böyüklər nə qədər dahiyanə oyun nümayiş etdirsələr də, şərtilik məfhumunu heç vaxt unutmurlar - uşaqlardan fərqli olaraq. Oyun vaxtı uşaq üçün reallıq və oyun arasındakı sərhəd şəffaflaşır. Uşaq böyüyün gülmədiyi hadisələrə, sözlərə gülür. Meksikada hər il qeyd edilən ölülər bayramında yalnız uşaqlar skelet formasında hazırlanmış şirniyyatı yeyə bilərlər. Uşaqlar üçün ölüm də oyundur.
İncəsənətin ən mühüm mövzularından olan - kütlə içində tənhalıq uşaq mövzusunun vasitəsi ilə göstəriləndə daha kəskin xarakter alır. Eyzenşteynin "İvan Qroznı" filmində Qroznı özünü yetim adlandırır. Çaplinin "Balaca" filmində isə qəhrəmana qoşulmuş uşağın ata-anası var, lakin o Ardı »

FilimlerAc həriflər (film, 1993)

[color=#fe8c8c]Məzmun

Film-tamaşada hadisələr Həsən dayının(Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Özü demişkən: Çörəyi yeyən qaçır...
[redaktə]
Film haqqında

Film-tamaşa Əbdürrəhim bəy Haqverdiyevin eyni adlı pyesinin motivləri əsasında çəkilmişdir.
Film-tamaşanın ilkin versiyasında (ilk dəfə efirdə nümayiş etdiriləndə) kadrarxası səs effektləri demək olar ki, yox idi. Lakin sonralar tamaşanın koloritini artırmaq məqsədilə, əlavə musiqi və səs effektləri əlavə olunmuşdur.
[redaktə]
Səhvlər

Titrlər: Titrlərdə Əbdülrəhim bəy Haqverdiyev "Əbdulrəhim bəy Haqverdiyev" kimi, qrim ustası Çingiz Paşayev "Çinğiz Paşayev" kimi, kostümçü G. Sadıxova "Ğ. Sadıxova" kimi, kostümçü vəzifəsi isə "kostjumer" kimi, quruluşçu rejissor Ardı »

FilimlerMəhkumlar (film, 2007)

[color=#fe5e5e]Məzmun

Filmdə Umbakı qəsəbəsində yerləşən və yalnız Qafqazda olan "Cüzam" xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının zəruriliyi vurğulanmışdır.

Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə onlara insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddin sökülməsi, onlara mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film səhiyyənin təhlükəsizlik qanunlarına əsasən cəmiyyətdən təcrid olunan insanların sağ ikən yaxınları üçün itirilməsinə üsyandır. Filmin əsas qayəsi budur ki, nə qədər cəmiyyətdə insanlara bir-birindən fərqli münasibət var, xilas mümkün deyil.

Onlar elə bir bəlaya düçar olublar ki, dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar Ardı »

FilimlerQaydasız döyüş (film, 2009)

[color=#fe5e5e]Məzmunu
Film müasir, gənc, intellektual nəsillə, pul, var-dövlət, vəzifə hərisliyini həyat amalı seçən nəsil arasında gedən gizli münaqişəyə həsr olunub. Əslində, hər şey aydındır: köhnə maqnatlar öz yerlərini tenderlə qalib gələn gənclərə verməlidirlər. Amma onlar öz gəlir və postlarından asanlıqla əl çəmək istəmirlər, yüksək vəzifə eşelonlarında arxa axtarır, yeri gələndə kriminal hərəkətlərdən çəkinmirlər.Əsas süjet xətti gənc azad sahibkar Kənan Kərimli ilə mafioz qruplaşmanın başçısı Akif Səmədovun mübarizəsi üzərində qurulub. Akif Səmədov Kənanın milli istehsalı genişləndirmək cəhdlərinin qarşısını hər vəchlə almağa çalışır. Quldurluq, oğurluq, insan ölümü, narkotika alveri və bir çox başqa çirkab işlərdə birbaşa əli olan Akif Səmədovun qadın alverində adı hallanması Ardı »

FilimlerBəstəkar Rauf Hacıyev (film, 1982)

Məzmun
Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqındadır.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Rejissor : Arif Qazıyev
Ssenari müəllifi : Rizvan Cəbiyev Ardı »

FilimlerŞarada (film, 1963)

"Şarada" (ing. Charade) — rejissor Stenli Donenin filmi.Mündəricat [gizlə]
1 Məzmun
2 Sitatlar
3 Mükafatlar və nominasiyalar
3.1 Mükafatlar
3.1.1 1964-cü ilin "Edqar Allan Po" mükafatı:
3.1.2 1965-ci ilin "BAFTA" mükafatı:
3.2 Nominasiyalar
3.2.1 1964-cü ilin "Oskar" mükafatı:
3.2.2 1964-cü ilin "Qızıl Qlobus" mükafatı:
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda

[redaktə]
Məzmun

Recina Lempert adlı gənc qadın nikahda o qədər də xoşbəxt deyil və boşanmaq istəyir. Qış kurortundan Parisə – YUNESKO-da sinxron tərcüməçi işlədiyi yerə qayıdarkən, ərinin öldürüldüyünü eşidir. Onun meyitini qatardan atmışdılar. Lakin əri bu hadisəyə qədər bütün əmlakını 250 min dollara satmışdı. Amerika səfirliyinin əməkdaşlarından biri olan Bartolomyu onu bu qara işin təhlilinə cəlb edir. Ardı »

FilimlerBitlcus (film, 1988)

Bitlcus (ing. Beetlejuice) — amerikalı rejissor Tim Börton tərəfindən komediyalı qorxulu film janrında çəkilən ABŞ filmidir. Maykl Makdauel filmin ssenarisini öz hekayəsinin mötivləri əsasında yazmışdır. Filmdə əsas rollarda Alek Bolduin, Cina Devis, Maykl Kiton, Vaynona Rayder, Ceffri Cons və Ketrin O'Hara çəkilmişlər. "Bitlcus" Tim Börtonun ən yaxşı filmi olmasa da, onun kinosunun xarakteristika təməl xüsusiyyətlərini saxlayan bir prototip film olaraq xatırlanmaqdadır. Filmin adı qırmızı nəhəng ulduz olan Ovçu ulduzu (Orion) "Bitlcus"dan gəlməkdədir.[2]

Filmin hekayəsində bir dünya ilə digər dünyanın münasibəti göstərilir. Bir yol qəzası keçirən gənc evli cütlüyün evlərinə döndüklərində əslində ölmüş olduqlarını və "digər dünyaya" qəbul edilənə qədər öz evlərində bir Ardı »