Filimler → Diplom işi (film, 1979)
Məzmun
Rəssamlıq məktəbinin tələbəsi heykəltəraş Mahmud(Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin yanına gəlir və burada öz diplom işi üçün həmkəndlisi Zümradı(Firəngiz Mütəllimova) canlı model seçir. İş başa çatanda Zümradın qohumları, onların ardınca bütün kənd camaatı Mahmuddan tələb edir ki, qızla evlənsin. Gənc rəssam qaçmaqla canını qurtarır. Axı, o, işləyəcəyi bütün canlı modellərlə evlənə bilməz ki...
[redaktə]
Festivallar və mükafatlar
1)1979-cu ildə Karlovı-Varı Beynəlalq kinofestivalı
Film Diploma layiq görülmüşdür.
[redaktə]
Film haqqında
Film rejissor Cahangir Mehdiyevin kinoda ilk işidir.
Kinokomediya yazıçı A. İbanoidzenin "İmeretiyasayağı Evlənmə" romanının motivləri əsasında çəkilmişdir.
Film Mərkəzi televiziyanın(Moskva) sifarişi ilə çəkilmişdir.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Əsərin Müəllifi : A. İbanoidze
Quruluşçu rejissor : Cahangir Mehdiyev
Ssenari müəllifi : Asim Cəlilov, Cahangir Ardı »