Azərbaycanın müharibələri → Tofiq İsmayılov (akademik) - Elmi fəaliyyəti
Elmi fəaliyyəti[redaktə]
Akademik T.K. İsmayılov elmi və məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun aerokosmik nəzarət kolibrləmə poliqonlarında peykaltı ölçmə texniki vasitələrinin nəzəriyyəsinə və tətbiqinə verdiyi təkliflər xüsusi mahiyyət kəsb etmişdir. T.K.İsmayılov ilk dəfə olaraq bu sahədə irəli sürdüyü yüksək effektli və tətbiqi cəhətdən əhəmiyyətli elmi konsepsiyası keçmiş SSRİ-nin poliqonlarında və sosialist ölkələrinin "İnterkosmos" üzrə proqramların bir çox aerokosmik təcrübələrində özünü doğrultmuşdu.
Akademik T.K.İsmayılovun fəaliyyətində astro-fizika, elmi-tətbiqi cihazqayırma problemləri sahəsində irəli sürdüyü elmi mülahizələr əhəmiyyətli yer tutmuşdu. Onun rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanmış "PS – 17 BK" və "Pulsar X-1" rentgen teleskopları böyük müvəffəqiyyətlə "Salyut-Soyuz-T-11", "Mir" orbital stansiyalarında fəaliyyət göstərmişdi. "Pulsar X-1" Ardı »