Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şövkət ƏləkbərovaAzərbaycan – Şövkət Ələkbərova

Azərbaycan, sənsən mənim,
Ülviyyətim, şan-şöhrətim.
Adın mənim öz adəmdır,
Sənsiz mənim nə qiymətim.
Azərbaycan, Azərbaycan.
Azərbaycan, Azərbaycan.

Nəfəsimiz Babəklərin,
Sabirlərin od nəfəsi.
Mahnımızda yaşar bizim,
Babaların ayaq səsi.
Azərbaycan, Azərbaycan.
Azərbaycan, Azərbaycan.

Biz tarixə sığınmadıq,
Dünən vardıq, bugün varıq.
Biz dostluğa güvənərək,
Gələcəyə addımladıq.
Azərbaycan, Azərbaycan.
Azərbaycan, Azərbaycan.

Azərbaycan, Azərbaycan.
Yaşa, yaşa, Azərbaycan. Ardı »

Şövkət ƏləkbərovaSən dönsən də mən dönmərəm – Şövkət Ələkbərova

Ay şöhrətim şanım mənim
Halı pərişanım mənim
Küsüb məndən özgələrdən
Məni soruşanım mənim
Sən dönsən də mən dönmərəm
Günəş sönər mən sönmərəm
Əzabından deyinmərəm
Var bölə nişanım mənim

Burazda səbir eylə ey yar mehriban gəlirəm
Sənin yolunda fədadır bu cisim o can gəlirəm
Vəfalı bülbülünəm həsrəti camalınla
Çəmən çiçəkləri tək bağrım oldu qan gəlirəm
Mənə təsəlli verən bir sənin xəyalindir
Özgə bir dilbərə halım dəyər bəyan gəlirəm
Behişt ola qürbət genə cəhənnəmdir
Vətən məhəbbəti vermir mənə aman gəlirəm
Mənim bu halımı Vahid nigara tez yetirin
Unutmasın məni o yarı həmzəban gəlirəm

Sən gizlədib gül üzünü
Gəl qaratma gündüzümü
Söz eyləyib hər sözümü
Küsüb barışanım mənim
Sən dönsən də mən dönmərəm
Günəş sönər mən sönmərəm
Əzabından deyinmərəm
Var bölə nişanım mənim Ardı »