Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəşid BehbudovBayatılar – Rəşid Behbudov

Bağımda üzüm qaldı,
Yemədim üzüm qaldı,
İki əmiqızının, a Leyli
Birində gözüm qaldı, a Leyli

Ayağımda məsi var,
Qızıldan düyməsi var,
Qoymur gedim yanına, a Leyli
Bir zalım nənəsi var, a Leyli.

Əzizim gülüm yansın,
Pis adam gülüm yansın,
Məni yardad edənin, a Leyli
Ağzında dili yansın, a Leyli.

Bu dərədən qaz gedər,
Qaqqıldaşar tez gedər,
Tanrıya rəvadırmı, a Leyli
Dul kişiyə qız gedər, a Leyli.

Əzizim təzə qarı,
Dağların təzə qarı,
Arvadı çox deyingən kişinin,
Saqqalı tez ağarır kişinin.

Əzizinəm bu dağa,
Ey köçübdür bu dağa,
Elə ki, mən dözürəm, a Leyli,
Rəqib dözməz bu dağa, a Leyli Ardı »

Rəşid BehbudovSevgi valsı – Rəşid Behbudov

Bəxtiyar filmindən mahnı (1955)

Musiqisi : Tofiq Quliyev
Sözləri : Ənvər Əlibəyli
İfa edir : Rəşid Behbudov

Sözləri:

Bir vaxt uşaq idik, dost idin mənə,
Baş açıq, ayaqyalın gəzərdik bağları.
Səni gördüm, dostum, yad etdim yenə,
Bir şirin yuxu kimi ötən o çağları.
Ah niyə, nə üçün,
Mən beləyəm, bəs, bu gün?
Ah niyə sənin mən,
Tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən.
Bu axşam, sən, əziz dost.
Nə qəşəngsən, nə gözəlsən.
Bu axşam, sən, əziz dost.
Ah, bu gözəlliyi mən, bəs o zaman
Nə üçün hiss etmədim, söylə, bu günkü tək?
Bu gün nə olsa da, əzizim, inan.
Öz sözün deyər sənə daha sevən ürək.
Ah niyə, nə üçün,
Mən beləyəm, bəs, bu gün?
Ah niyə sənin mən,
Tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən.
Bu Ardı »

Rəşid BehbudovAzərbaycanım – Rəşid Behbudov

Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların.

Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.
Anam doğma vətənimsən, Azərbaycanım.

El bilir ki, tükənməyən sərvətin vardir,
Sinən üstü ağ pambıqlı göy tarlalardır.

Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.
Anam doğma vətənimsən, Azərbaycanım. Ardı »

Rəşid BehbudovBu Gün Ayın Üçüdür – Rəşid Behbudov

Bugün ayın üçüdür de gülüm nanay ay narinay
Girmə bostan içidir yar girmə bostan içidir
Dodaqların xam şəkər
Dilin badam içidir yar dilin badam içidir

Qız belin incədir ay incə
Ləblərin qonçadir ay qonça
Qız belin incədir incə
Ləblərin qonçadır qonça

Dam üstədir damımız de gülüm nanay ay narinay
Qoşadır eyvanımız yar qoşadır eyvanımız (
Sən ordan çıx mən burdan
hey hey hey hey …..
Kor olsun düşmanımız yar kor olsun düşmanımız

Qız belin incədir ay incə
Ləblərin qonçadir ay qonça
Qız belin incədir incə
Ləblərin qonçadır qonça

Araqçının məndədir de gülüm nanay ay narinay
Sərmişəm çəməndədir yar sərmişəm çəməndədir
Dünya gözələ dönsə
Mənim gözüm səndədir yar mənim gözüm səndədir

Qız belin incədir ay incə
Ləblərin qonçadir ay qonça
Qız belin incədir incə
Ləblərin qonçadır Ardı »