Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namiq QaraçuxurluYumuram gözlərimi – Namiq Qaraçuxurlu

Bir vaxtı cavan idim, can deyərdi hər sözümə
Yaş ötüb qocalmışam indi baxmayır üzümə
Belə bir söz deyərdi ölənə qədər səninləyəm
Mən indi can üstəyəm o, isə görünmür gözümə

O, görünmür gözümə, halı pərişən gedirəm
Baxıram rəsmimizə gözləri bir yan gedirəm
Mən üçün doğma olan, nazlı, gözəl dilbərimin
Halını sormamışam yaman nigaran gedirəm.

Qaşı qara.. gözü qara..
O, gözəl nazlı yara
Yetirin sözlərimi, yumuram gözlərimi.
Qaşı qara.. gözü qara..
O, gözəl nazlı yara
Yetirin sözlərimi, yumuram gözlərimi.
Məni çox çəkdi dara.

Yumuram gözlərimi üz tutub o dünyaya
Məni salmış Yaradan belə bir sevdaya
Yaxşısı budur ölüm qurtarım canımı
Nə dağa külüc vurum, nə də ki, düşüm səhraya.
Nə də avara gəzim güşeyi meyxanələri,
Özümə həmdəm edim, hey olum peymanələri,
Bilirəm neydə mənim Ardı »