Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azər ZeynalovŞükriyyə – Azər Zeynalov

Bil gülsən dərmişəm gənclik bağından,
Bir gülü çiçhəyi dərmərəm sensiz.
Kamaldır ömrümün oğlan çağında,
Bir bağa bağçaya girmərəm sənsiz.

Şükriyyə taleyim, şükür xudaya
Gördüyüm doğrumu, yoxsa bir röya
Dolub ürəyimə bu dadlı xülya
Yaşaya bilmərəm bir kərəm sənsiz

Səninlə gəzərəm eldən elə mən
Bataram, çıxaram seldən selə mən
Düşərəm ağıza dildən dilə mən
Yaşaya bilmərəm, bilmərəm sənsiz! Ardı »

Azər ZeynalovSənsizlik ağrısı – Azər Zeynalov

İllərdə, aylarda ayrilan yollarda
Mən səni tapaydım kaş…

Mənalı gözlərin
Təkliyə dözməyib,bir dönüb baxaydı kaş
Susur bir dəniz göylərdən xəbərsiz
Alır zülmət aləmi
Anlar ötüb keçdi
Yollar ayrı düşdü
Gör necı yandırır intizar qəlbimi!!!

Sənsiz qəlbim ağlar
Hanı ötən çağlar?
Geriyə dönəydi , kaş…
Nakamdır arzu
Ayrılıb ulduzum
Biryolluq sönəydi kaş!
Yetər bu ayrılıq
Hicranın gözündən göz yaşı axaydı kaş…
Təkliyə dözməyib bir dönüb baxaydı
Kaş…

Dünya sənsiz heçdi,
Hİcran səni seçdi,
Taleyim güləydi kaş.
Sirli xəyal kimi
Şirin vüsal kimi
Ömrümə gələydi kaş,

Hər axşam, hər səhər
Küskün bənövşələr
Səni gəzir, axtarır

Anlar ötüb keçdi,
Yollar ayrı düşdü,
Sarsıldı ümidlər,
O şirin arzular,
Nakamdandır arzu
Ayrılıb ulduzum
Bir yolluq sönəydi kaş

Sənsiz qəlbim ağlar
Hanı ötən çağlar?
Geriyə dönəydi , kaş…

Yetər bu ayrılıq
Hİcranın gözündən göz yaşı axaydı kaş,
Mənalı gözlərin təkliyə dözməyib,
Bir dönüb baxaydı kaş…

Göylərdə xəbərsiz,
Alır zülmət aləmi
Anlar Ardı »