A Trio → Dəli – divanə – A Trio
Cavan yaşımda bir qıza vuruldum yaman
Onu düşündüm təkcə onu mən hər zaman
Görüşməyən günü qalırdım ondan nigaran
O mənim yuxusuz gecələrim oldu
Bir möcüze idi rast gəldim bu gün mən sənə
Sakit gecə idi ulduzlar baxırdı mənə
O sənin gözlərin yandırdı məni yenə
Səni gördüm oldum mən dəli – divanə
Könül eşqin yolunda alışsın gərək
Hər bir əziyyətinə barışsın gərək
Bu sevgi bir həyatdir xoş arzular oyatdı
Yolunu gözləyirəm bəlkə qayıtdın
Onunla eşqin dənizində üzə – üzə
Necə mənalı görünürdü həyat bizə
Etdiyi nazlara işvələrə dözə – dözə
O qız mənim ağlımı başımdan aldı
Bir gün nəhayət istədim sevirəm deyəm
Itirdim özümü ağzımda dolaşdı dilim
Elə çaşdım ki mən dilim – dilim olsun dilim
O qız mənə o ki Ardı »