Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AktyorlarElxan Qurbanov

Qurbanov Elxan Hacıbaba oğlu — azərbaycanlı dram və kino aktyoru.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax

[redaktə]
Həyatı

Elxan Qurbanov 1952-ci ildə Bakıda anadan olmuşdur. Bir neçə film, serial və reklamlarda çəkilmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru idi.

24 noyabr 2011-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası keçirilməsi nəzərdə tutulan "Romeo və Cülyetta" tamaşasının məşqi zamanı vəfat edib[1].

Teatrın aktyoru, Azərbaycan Respublikasının Xalq Artisi Ağaxan Salmanlının fikirincə :"Elxan Qurbanov əsl aktyor kimi, qrimdə vəfat etdi".[2]
[redaktə]
Filmoqrafiya
Bir anın həqiqəti (film, 2003)
Biz qayıdacağıq (film, 2007)
Günaydın, mələyim! (film, 2008)
Küçələrə su səpmişəm (film, 2004)
Prokuror (2008) – baş prokuror
Sonuncu şahid (film, 2004)
Yanmış körpülər (film, 2003)
Ardı »

AktyorlarLeyla Vəkilova

Leyla Məhəd qızı Vəkilova — Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından. Azərbaycanın xalq artisti. SSRİ xalq artisti.
[redaktə]
Həyatı

Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945-1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Ardı »

AktyorlarMustafa Mərdanov

Mustafa Həşim oğlu Mərdanov (28 Fevral, 1894, Mərənd (Cənubi Azərbaycan)-12 Dekabr, 1968, Bakı). Aktyor. Rejissor Assistenti. Arxiv kadrlar.

O bütün ruhu, qəlbi ilə azərbaycanlı idi. Yaratdığı obrazların hər birində milli ruh hakimdir.Mündəricat [gizlə]
1 Həyatı
1.1 Teatr Fəaliyyəti
1.2 Kino Fəaliyyəti
2 Adlar və Mükafatlar
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Həyatı
[redaktə]
Teatr Fəaliyyəti

Mustafa Həşım oğlu Mərdanov 1894-cü ildə Cənubi Azərbaycanda — Mərənddə dünyaya göz açmışdı. Amma o hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Tiflisin müsəlman dram dərnəklərində 1910-cu ildən Ardı »

AktyorlarƏlvida Cəfərov

Aktyor
[redaktə]
Həyatı

Əlvida Məhərrəm oğlu Cəfərov 17 fevral 1947-ci ildə Cəbrayılın Qaracallı kəndində anadan olub.

Ə.Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktyor, teatrda işlədiyi müddətdə N.Hikmətin "Şöhrət və ya unudulan adam"ında İdmançı, S.Vurğunun "İnsan"ında Alman zabiti, H.Cavidin "Knyaz"ında Xəfiyyə, N.Xəzrinin "Əks səda"sında Fəhlə, A.Saqarelinin "Xanuma"sında Polis, "Ölülər"ində Cəlal və Şikayətçi, Anarın "Adamın adamı"nda İştirakçı, S.Rəhmanın "Əliqulu evlənir"ində Kamal və Qarmon çalan, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında Şahmar, N.Həsənzadənin "Atabəylər"ində Aydoğdu, İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı"sında Gözətçi, "Bizim qəribə taleyimiz"ində Cümü, N.Xəzrinin "Torpağa sancılan qılınc"ında Odoğlu, V.Şekspirin "Kral Lir"ində Zadəgan, C.Məmmədquluzadənin "Ölülər"ində Cəlal və Ardı »

Aktyorlarİsmayıl Hidayətzadə

İsmayıl Hüseyn oğlu Hidayətzadə (19 avqust, 1901, Bakı-11 noyabr, 1951, Bakı) - Azərbaycan aktyoru.

"Məhərrəmlik günlərini səbirsizliklə gözləyirdim. Çünki, bu zaman məscidlərin həyətində İmam Hüseynin qətlini təsvir edən şəbih-tamaşalar göstərilirdi. Bu tamaşalarda mən əsir uşaq rolunu oynayırdım. Böyük ürək çırpıntısı ilə gözləyirdim ki, nə vaxt mənə əsir paltarı geyindirəcəklər və ata mindirəcəklər". Bu istək, maraq Azərbaycanın tanınmış aktyoru, rejissoru İsmayıl Hidayətzadənin ilk sənət yanğısıdır.

Bu yanğı sonralar onu səhnəyə aparacaq və səhnədə keçən uzun illərdən sonra o, belə bir qənaətə gələcək: "Məncə, aktyor səhnədə beşmi, onmu, bilmirəm, neçə il yanmalı və oradaca külə dönüb öz sənətkar ömrünü yaşamalıdır".Mündəricat [gizlə]
1 Həyatı
2 Adlar Ardı »

AktyorlarElçin Məmiyev

Rejissor. Aktyor
[redaktə]
Həyatı
[redaktə]
Filmoqrafiya
Qatil (film, 1994)
Məhv olmuş gündəliklər (film, 1999)
Yanmış körpülər (film, 2003)
Şans (film, 2004)
Oyunçu (film, 2008)
Susmuş vicdan (film, 2010)
Ardı »

AktyorlarBilal İnci

Bilal İnci — Türkiyənin keçmiş tanınmış aktyorlarından biri. Onlarla kino və televiziya filmində, teleserialda və teatr tamaşasında rol almışdır. Kinofilmlərdə daha çox mənfi obrazları canlandırmışdır. Ardı »

AktyorlarMöhdasim Yusifov

Həyatı

Yusifov Möhdasim Seyidəzim oğlu (11.09.1950) 1994-cü ildən Sumqayıt teatrında vokal aktyoru işləyir.

M.Yusifov Sumqayıt teatrında işləməzdən əvvəl, 1972-78-ji illərdə M.Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasında və Dövlət konsert birliyində solist-xanəndə, 1978-1994-cü illərdə isə Sumqayıt şəhər mədəniyyət evinin "Gənclik" Xalq kollektivinin rəhbəri vəzifəsində çalışmışdır. Sumqayıt teatrında oynadığı rollardan Kəndli (J.Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Buğac (F.Məhərrəmov "Oğuzlar"), Polis ( İ.Məlikzadə, S.Ələsgərov "Subaylarınızdan görəsiniz"), Aşıq Əlimərdan (Ə.M.Lələdağ "Tələ"), Qaçqın xəstə ( Y.Həşimov "Həkimlər nobata gedirlər"), Aşbaz (F.Həsənqızı "Anası öpməyən qız"), Saray müğənnisi (Ə.Haqverdiyev "Xacə şah"), Namaz ( M.F.Axundov "Xırs quldurbasan"), Nəzarətçi ( N.Dumbadze "Ağ bayraqlar"), Cangüdən (M.Haqverdiyev "Fədakarlıq"), Əkbər bəy ( Ə.M.Lələdağ "Dağlarda tufan") və s. Ardı »