Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AktyorlarAzər Mirzəyev

Azər Əlibala oğlu Mirzəyev - respublikanın əməkdar artisti, Aktyor. Ssenari müəllifi. İştirak edənMündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax

[redaktə]
Həyatı

Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan akytorluq Ardı »

AktyorlarLesli Nilsen

Lesli Nilsen (ing. Leslie Nielsen; 11 fevral 1926 – 28 noyabr 2010) — Kanada əsilli amerikalı məşhur komediya aktyorudur.

1950-ci illərin ortalarında Hollivuda köçmüş və 1956-cı ildə burada aktyor karyerasında ilk rolunu "Fidiyə" ("Ransom") filmində oynamışdır. 1980-2000-ci illərdə çəkildiyi komediya filmləri ilə dünya şöhrəti qazanmışdır.

Dörd dəfə ailə həyatı qurmuşdur. İkinci evliliyindən 2 qızı var. 28 noyabr 2010-cu il tarixində yaşadığı Fort-Loderdeyl şəhərinin xəstəxanasında pnevmoniyanın ağırlaşması nəticəsində yuxuda vəfat etmişdir.
[redaktə]
Filmoqrafiya
1956 — Fidyə
1956 — Qadağan olunmuş planet
1957 — Temmi və subay
1967 — İstəmədən astronavt
1971 — Kolombo: Qadın gözləyir
1972 — Poseydonun macəraları
1972 — MEŞ
1975 — Kolombo: Şəxsi böhran
1977 — Heyvanlar günü
1979 — Şəhərdə yanğın
1980 — Ardı »

AktyorlarHarrison Ford

[color=#173bd3]Harrison Ford (ing. Harrison Ford;13 iyul 1942-ci il, Çikaqo, İllinoys, ABŞ) —ABŞ aktyoru.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər

[redaktə]
Həyatı

Geroge Lucas və Stiven Spilberq əməkdaşlığının ən şahanə bəhrələrindən İndiana Cons ardıcıllığı, 1981 istehsalı Raiders of the Lost Ark / Müqəddəs Xəzinə Ovçularıyla başlamış və 1989-cu ildə Indiana Jones and the Last Crusade / İndiana Cons: Son Macəra ilə sona çatmışdı. Əfsanə ardıcıl son filmdən 19 il sonra 2008-ci ildə yenidən canlanmış və Spilberq İndiana Cons: Kristal Kəllə Krallığına imza atmışdı. Filmdə Harrison Ford, 66 yaşında olmasına baxmayaraq yenidən Indiana Jones qılığına bürünüb macəradan macəraya qaçmışdı.

Indiana Jones ardıcıllığı beşinci Ardı »

AktyorlarArzu Hüseynov

Aktyor
[redaktə]
Həyatı
Aktyor Sadıq Hüseynovun oğludur.
[redaktə]
Filmoqrafiya
Bəlkə... (film, 1985)
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
Hər şey yaxşılığa doğru (film, 1997)
Kənddən gələn var-2 (film, 1997)
Qeybdən gələn səs (film, 2002)
Milli bomba (film, 2004)
Sonuncu şahid (film, 2004)
Ərazi (film, 2005)
Təlatüm (film, 2006)
Yoxlama (film, 2006)
Ünvansız eşq (2011)
Sübhün səfiri (film, 2012)
Ardı »

AktyorlarTofiq Hüseynov

Tofiq Əbdülrəhim oğlu Hüseynov — Azərbaycan aktyoru.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Mənbə
5 Həmçinin bax

[redaktə]
Həyatı

Hüseynov Tofiq Əbdülrəhim oğlu (12.02.1949) 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar yaratmışdır. Bunlardan Ü.Hacıbəyovun "O olmasın, bu olsun"unda Rza bəy, F.Aşurovun "Bu meydan, bu şeytan"ında Əzrayıl, Anarın "Adamın adamı"nda Mərd Mazarov, "Qaravəlli"sində Balaqədeş və Əhməd Əhmədov, C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi"ndə Hacı Namazalı, T.Mütəlibbovun "Cücələrim"ində Tülkü, N.Vəzirovun "Hacı Qəmbər"ində Cəbi, J.Anuyun "Medeya"sında Şah Kreon, O.Altunbayın "Tomris"ində Vəzir Zəban, kino aləmində "O dünyadan salam"da Əli bəy, "Marş"da Komandir, "Dəvətnamə"də Briqadir, Ardı »

AktyorlarSabir Məmmədov

[color=#ff810f]Sabir Məmmədov (d.24 yanvar 1961)— Azərbaycan aktyoru, film səsləndirən.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Mənbə
5 Həmçinin bax

[redaktə]
Həyatı

Məmmədov Sabir Novruz oğlu (24.01.1961) 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır:

Xoşbəxt adam ("Park", Rüstəm İbrahimbəyov), 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Hüseyn ("Bəxt üzüyü", Vaqif Səmədoğlu), Toğrul ("Uca dağ başında", Vaqif Səmədoğlu), Xəlil ("Müvəqqəti ər", Rəşid Nuri Güntəkin) və s.

Sabir Məmmədov 1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynamışdır: Ardı »

AktyorlarXosrov Mamayev

[color=#fe5e5e]Musiqiçi. Aktyor.
[redaktə]
Həyatı

Mamayev Xosrov Əşrəf oğlu 31 avqust 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cı ildə Asəf Zeynallı adına Musiqi məktəbinin zərb alətləri fakültəsini bitirib. 1 sentyabr 1998-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya teatrında orkestr artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində «O olmasın, bu olsun», «On min dollarlıq keyf», «Nəğməli Könül», «Dəli dünya», «Bir saat xəlifəlik», «Hələlik», «Bankir adaxlı», «Səhnədə məhəbbət», «Məhəbbət oyunu», «Qırmızı papaq», «Şən dul qadın», «Əlin cibində olsun», «Məsmə xala dayımdır», «Maritsa», «Talelər qovuşanda», «Volqalı canan», «Silva», «Çılğın Qasqoniyalı», «Bir günlük siğə», «Aldın payını, çağır dayını», «Şeytanın yubileyi», «Qadınsız yaşamaq olmaz» kimi tamaşalarında iştirak etmişdir. Orkestr artisti Ardı »

AktyorlarMəmmədkamal Kazımov

Məmmədkamal Kazımov — Aktyor, Arxiv kadrlar.

Mündəricat [gizlə]
1 Həyatı
2 Mükafatları
3 Filmoqrafiya
4 Həmçinin bax

[redaktə]
Həyatı

Kazımov Məmmədkamal Allahqulu oğlu 1929-cu il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən teatr sənətinə maraq göstərən M.Kazımov, 1944-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə qəbul olunur. Burada çalışdığı illər o, teatrın nəzdində fəaliyyət göstərən Teatr studiyasında oxuyur. Təhsilini artırmaq məqsədilə M.Kazımov M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyoru» fakültəsinə daxil olur, sonra həmin təhsil ocağının «Rejissorluq» fakültəsini də bitirir. Akademik Milli Dram Teatrda işlədiyi dövrdə M.Kazımov bir sıra yaddaqalan tamaşalar yaratmışdır. Onun A.Arbuzovun «Tanya», H.Muxtarovun «Kimdir müqəssir?», E.Ryazanovun «Sevgi-sevgi», A.S.Puşkinin Ardı »