Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AktyorlarƏsgər Rəhimov

[color=#fe8c8c]Aktyor
[redaktə]
Həyatı

Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1978-1988-ci ilə qədər S.Vurğun ad. Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləmiş, 2005-ci ildə yenidən S.Vurğun ad. Rus Dram teatrına qayıtmışdır. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynamışdır. Onun yaratdığı Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
[redaktə]
Filmoqrafiya
Şahid qız (film, Ardı »

AktyorlarTobi Maquayr

[color=#e287f4]Tobi Maquayr (ing. Tobey Maguire, 27 iyun 1975, bütöv adı Tobias Vinsent Maquayr) — ABŞ aktyoru.Mündəricat [gizlə]
1 Həyatı
2 Ailəsi
3 Filmoqrafiya
4 İstinadlar
5 Həmçinin bax
6 Xarici keçidlər

[redaktə]
Həyatı

Hollivud ulduzu Tobi Maquayr kinoda debütunu "Bu oğlanın həyatı" dramatik filmi ilə edib. Bu filmdə onun tərəf müqabilləri məşhur aktyorlar Robert de Niro və Ellen Barkin olub. Sonralar bir-birindən maraqlı rolları ilə kino-aləmində tanınan Maquayr "Hörümçək adam" filmindəki ifasına görə dəfələrlə mükafatlara, nominasiyalara və qran-prilərə layiq görülüb.
[redaktə]
Ailəsi

Hər kəsin "Hörümçək adam" kimi tanıdığı aktyor Tobi Maquayr subaylıq həyatına son vermək qərarına gəlib. Belə ki, 32 yaşlı kino ulduzu "Universal Studio" kino-şirkətinin prezidenti və prodüseri Ron Meyerin Ardı »

AktyorlarZakir Dadaşov

[color=#fe5e5e]Aktyor.
[redaktə]
Həyatı

Dadaşov Zakir Mirahim oğlu 15 fevral 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı Musiqi Akademiyasının nəfəs alətləri «qaboy» fakültəsini bitirib. 6 sentyabr 1990-cı il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya teatrında orkestr artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində «O olmasın, bu olsun», «On min dollarlıq keyf», «Nəğməli Könül», «Dəli dünya», «Bir saat xəlifəlik», «Hələlik», «Bankir adaxlı», «Səhnədə məhəbbət», «Məhəbbət oyunu», «Qırmızı papaq», «Şən dul qadın», «Əlin cibində olsun», «Məsmə xala dayımdır», «Maritsa», «Talelər qovuşanda», «Volqalı canan», «Silva», «Çılğın Qasqoniyalı», «Bir günlük siğə», «Aldın payını, çağır dayını», «Şeytanın yubileyi», «Qadınsız yaşamaq olmaz» kimi tamaşalarında iştirak etmişdir. Orkestr artisti kimi öz Ardı »

AktyorlarPatrik Sueyzi

[color=#f82e00]Patrik Sueyzi (ing. Patrick Swayze; 17 avqust 1952 - 14 sentyabr 2009) — Amerikalı aktyor, rəqqas və ifaçı-bəstəkar.

“Çirkin rəqslər” (1987) və “Ruh” (1990) filmlərindəki rollarına görə dünya şöhrəti qazanıb. “Ruh” filmi 5 nominasiya üzrə “Oskar” mükafatına namizəd göstərilmişdir. Bu filmdə Sueyzinin tərəf müqabilləri Demi Mur və Vupi Qoldberq olmuşdur. 1991-ci ildə "People" jurnalı onu "İlin Ən Seksual Kişisi" elan etmişdi.

2008-ci ilin martında Sueyzidə mədəaltı vəzinin xərçəngi aşkar edildi. Həmin ilin iyununda müsahibə verən aktyor həqiqətən də bu xəstəliklə mübarizə apardığını, amma həkimlərin bədbin proqnoz verdiklərini etiraf edib. Ağır xəstəliyə baxmayaraq, Sueyzi "Vəhşi" ("The Beast") teleserialındakı rolunu tamamlayıb. 2009-cu ilin əvvəlində isə Ardı »

AktyorlarRafiq İbrahimov

[color=#fe5e5e]AktyorMündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax

[redaktə]
Həyatı

Müəllimlər məsləhət görüblər ki, indiki Xətai adına mədəniyyət sarayı nəzdində fəaliyyət göstərən xalq teatrına üzv yazılsın. Xalq teatrının bədii rəhbəri və quruluşçu rejissoru Məmmədkamal Kazımov onun kütləvi səhnələrdə iştirakına razılıq verib. Az sonra Rafiqin istedadını nəzərə alaraq ona baş rolları da etibar ediblər. Həvəskar aktyor Rafiq İbrahimov bir neçə aydan sonra S.Vurğunun "Xanlar" və "Fərhad və Şirin" mənzum dramlarında Xanlar və Fərhad obrazlarını yaradaraq xalq teatrlarına baxış- müsabiqədə mükafat alıb. 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram, kino aktyorluğu" fakültəsinə daxil olur. R.İbrahimov ikinci kursda oxuyarkən S.Vurğunun "Fərhad Ardı »

AktyorlarAbbas Qəhrəmanov

Abbas Əhməd oğlu Qəhrəmanov (d. 31 mart 1969) - Azərbaycan aktyoru.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Şəkil
5 Həmçinin bax

[redaktə]
Həyatı

Qəhrəmanov Abbas Əhməd oğlu 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino Aktyoru" fakültəsini bitirmişdir. 1991-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktyor, bu sənət ocağında Mərvan, Qoşqar (Bəxtiyar Vahabzadə "Fəryad", "Cəzasız Günah"), Rasim (K.Kərimov "Cahargah Fantaziyası"), Çinar (Q.Rəsulov "Qarabağ Əfsanəsi"), Aparıcı ("Məlik Məmməd"), Rasim (Şıxəli Qurbanov "Əcəb İşə düşdük"), Ər (R. "Müəmmalı Bir Qətlin Üç Versiyası"), Məmmədxan (İlyas Əfəndiyev "Hökmdar və Qızı"), İsgəndərzadə (Elçin "Ah Paris…Paris…"), Şöhli Məlik (Nəbi Xəzri "Burlaxatun"), Sahil (Əli Əmirli "Köhnə ev"), Aparıcı ("Şıltaq Şahzadənin Nağılı"), Ardı »

AktyorlarMəmmədrza Şeyxzamanov

Aktyor. Film səsləndirənlər. Arxiv kadrlarda iştirak edən.Mündəricat [gizlə]
1 Həyatı
2 Teatr sahəsində rolları
3 Filmoqrafiya
4 Həmçinin bax

[redaktə]
Həyatı

Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918-20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov Ardı »

AktyorlarRişar Berri

Rişar Berri (fr. Richard Berry; 31 iyul 1951, Paris, Fransa) — fransız aktyoru, rejissoru və ssenaristi.Mündəricat [gizlə]
1 Həyatı
2 Şəxsi həyatı
3 Filmoqrafiya
4 Xarici keçidlər

[redaktə]
Həyatı

Rişar Berri 31 iyul 1950-ci ildə Parisdə anadan olmuşdur. Onun Əlcəzair əsilli fransız valideynləri ticarətlə məşğul olurdular. O, 10-cu Paris dairəsində, sonra isə Bulon-Biyankurda böyümüşdür.

1966-cı ildə Rişarın 16 yaşı olanda teatrla maraqlanır. O, həvəskar aktyor truppasına yazılır və Jan Rasin, Pyer Kornel, Molyer, Bomarşenin yaradıcılığı ilə tanış olur.

1969-cu ildə o, dram üzrə Milli Konservatoriyanın müsabiqəsini keçə bilir. 1973-cü ildə ilk mükafatını alır.

1974-cü ildə o, Klod Pinotonun "Şillə" filmində çəkilməklə kinoya gəlir. Bu filmdə onunla bərabər Lino Ventura Ardı »