Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Neft DaşlarıNeft Daşları Tarixi

1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu.

Hələ XIX əsrin əvvələrində (1798-1830-cu illər) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı. Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürgən-Dəniz, Banka-Darvin yataqları işlənməyə başlamışdır. Bu yataqlar şərti olaraq, dəniz yataqları adlandırıla bilər, çünki onlar öz başlanğıcını qurudan götürürlər. Neft Daşlarının (Bakının Ardı »

Neft DaşlarıFilmoqrafiya

Möcüzələr adası (film, 1963)
Dəniz neftçilərinin gündəlik işləri (film, 1965)
Dənizdə möcüzə (film, 1966)
Salam, Azərbaycan! (film, 1966)
Yeni görüşlərədək, Müslüm! (film, 1963)
İliçin döyünən qəlbi (film, 1967)
EKSPO-75 (film, 1975)
Azərbaycanda sovet ədəbiyyatı günləri (film, 1975)
İki Xəzər (film, 1975)
Neft Daşlarının 25 illiyi (film, 1975)
Polad dirəklər üzərində şəhər (film, 1975)
Möcüzələr adası (film, 1978)
Xəzər: İnsanlar və neft (film, 1983)
Neft Daşları (film, 1990)
Qara daşların sakinləri (film, 1991) Ardı »

Neft DaşlarıNeft Daşları dəniz möcüzə-şəhəri

1951-ci il fevralın 18-də Neft Daşlarınin nefti ilə doldurulmuş ilk tanker boşaldılmaq üçün Dübəndi limanına yan verdi. Bir neçə aydan sonra isə dənizin 20-25 m. dərinliyində estakadalar və burğu, texnoloji sahələr tikilməyə başlandı. Elektrostansiyaların, nasos-kompressor kompleksinin, köməkçi sexlərin, neftçilər üçün yaşayış 5-9 mərtəbəli evlərin ümumi sahəsi 1960-cı ilin əvvələrində 70 min m kv idi. Beləliklə Neft Daşları dəniz möcüzə-şəhərinə çevrildi. 60-cı illərin axırında özünəməxsus "küçə" vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi. Neft Daşları ilə Bakını radiotelefon rabitəsi birləşdirir. İnsanları, qida məhsullarını və başqa əşyaların daşınmasında Mİ-8 vertolyotundan istifadə olunur. Ardı »

Neft DaşlarıNeft Daşları bu gün

Bunun nəticəsində bu gün Azərbaycanda 1994-1999-cu illərdə bağlanmış 17 iri neft sazişlərinin həyata keçirilməsi uğrunda dünyanın 14 ölkəsi, 33 xarici neft kampaniyaları işləyir. Qeyd etmək lazımdır ki, "Azəri", "Çıraq", neft ehtiyatı 640 mln t., qaz 100 mlrd m kub, qaz kondensatı 100-150 mln t olan "Günəşli", təbii qaz ehtiyatı 100 mln t olan karbohidrogen struktur bloku D222 sazişlərində "Lukoyl" da iştirak edir. Azərbaycanın "ARDNK" və Rusiyanın "Lukoyl" arasında əlaqələrin daha da genişlənməsi üçün 1999-cu ildə Bakıda memorandum imzalanmışdır. Ancaq bunların hamısı Neft Daşlarından başlamışdır. Ardı »

Neft DaşlarıNeft Daşları Maraqlı faktlar

1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən növbəti film olan Dünya kifayət deyil (ing. The World Is Not Enough) filminin bəzi kadrları Neft Daşlarında lentə alınmışdır. Ardı »

Neft DaşlarıNeft Daşları

Neft Daşları dünyanda ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulmuşdur. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.

Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür[ Ardı »

Neft DaşlarıNeft Daşları Azərbaycanda neft sənayesinin inkişafına təkan verdi

1949-cu ildən burada 1940 quyu qazılmışdır, 160 mln ton neft, 12.3 mlrd m kub. qaz əldə edilmişdir. Bu gün orada 377 quyu fəaliyyətdədir və hər biri sutkada orta hesabla 5 t. neft verir. Hər gün Neft Daşlarında 5-6 yeni quyu qazılır və bunların hərəsisin ilk dövrdə sutkada 15-16 ton neft verməyə imkanı var. Bu göstərici "Çıraq-1" stasionar platforması ilə müqayisədə (sutkada 2 min t), əlbəttə, çox deyil. Ancaq yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanda neft sənayesinin inkişafına məhz Neft Daşları təkan verdi. Ardı »