Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hülaku xanHülaku xan

Hülaku xan (monqolca: Hülegü Haan, "Döyüşçü"; kürdcə: هۆلاکۆ; türkçə: Hülagû Han; Çağatay/Urdu: ہلاکو Hulaku; farsca: هولاکو خان‎; ərəbcə هولاكو خان/ هَلَاوُن; çincə: 旭烈兀;1217 - 8 fevral, 1265) - Elxanilər dövlətinin qurucusu, Çingiz xanın nəvəsi, Mengü xanın və Qubilay xanın qardaşı. Hülaku xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədi ilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir. Ardı »

Hülaku xanQərblə əlaqələr

Hülaku Franko-monqol ittifaqı qurmaq üçün Avropaya bir neçə məlumat göndərdi. 1262-ci ildə o, "xaricdəki bütün krallara və şahzadələrə" öz katibi Rihaldisi və səfirliyini göndərdi. Siciliyada Məmlüklərlə ittifaqda və Papa IV Urbanla konfliktdə olan Kral Manfred tərəfindən səfirliyin açıq-aşkar qarşısı kəsildi və Rihaldis gəmi ilə geri qaytarıldı.[13]

10 aprel 1262-ci ildə Con Macar vasitəsilə Fransa kralı IX Lüdovikə ittifaq təklif edərək məktub göndərdi.[14] Parisdə olan IX Lüdovikə məktubun çatması aydın deyil - saxlanılan tək əlyazma Avstriyanın Vyana şəhərindədir.[15] Məktub Hülakunun Papanın xeyrinə Yerusəlimi işğal etmə niyyətini bildirir və Hülaku Lüdovikdən Misir əleyhinə donanma göndərməsini xahiş edir:



"Monqol ordusunun başçısından, xristian imanının xoşməramlı dəstəyi ilə Ardı »

Hülaku xanƏyn Cəllud döyüşü

Xəbərlər gələndə monqollar Şəria çayını keçdilər. Sultan Qutuz və onun əsasən misirlilərdən ibarət ordusu Əyn Cəlluda doğru irəlilədilər. Onlar Əyn Cəllud döyüşündə təxmini 20 minlik monqol ordusu ilə qarşılaşdılar və saatlarca döyüşdülər. Məmlük lideri Baybars əsasən özlərini təqib etdirərək monqol ordusunu aldatmağa cəhd edərək vur-qaç taktikası işlətdi. Baybars və Qutuz monqolların hədəfə gəlməsini pusquda gözləmək üçün təpələrdə öz qüvvələrinin əsas hissəsini gizlətdilər. Monqol lider Kit Buğa Baybars və qoşununun qaçmasından təhrik olmuşdu və qaçan misirlilərin izində bütün qoşunu ilə yürüş etməyə qərar verdi.

Monqollar dağlıq əraziyə çatanda misirlilər ortaya çıxdılar və ortaya çıxan əsgərlər onlara hər tərəfdən hücum edəndə monqollar özlərini düşmən Ardı »

Hülaku xanHərbi kampaniyalar

Hülakunun qardaşı Mengü xan 1251-ci ildə Böyük xan oldu. 1255-ci ildə Mengü xan Hülakunu cənub-qərbi Asiyada olan müsəlman dövlətlərini işğal etmək və ya dağıtmaq üçün böyük monqol ordusunun rəhbərliyinə gətirdi. Hülaku xanın kampaniyası lurların məğlub edilməsinə, Xaşxaşilərin süqutuna, Bağdaddakı Abbasilər Xilafətinin, Əyyubilər dövlətinin və son olaraq Misirdəki Bəhri Məmlük Sultanlığının asılılığına və ya dağıdılmasına nail olmaq istəyirdi. [1] Mengü xan tabe olanlarla mehriban davranılmasını və tabe olmayanların məhv edilməsini Hülakuya əmr etdi. Hülaku işin ikinci hissəsinin təlimatlarını yaxşı şəkildə həyata keçirdi.

Hülaku xan bəlkə də onun dövrünə qədər qurulmuş ən böyük monqol ordusu ilə yürüşə çıxmışdı. Mengü xanın əmri ilə imperiyanın döyüşçülərinin Ardı »

Hülaku xanHülaku xan Mirası

Hülaku xan beşinci monqol ulusu olan Elxanilər dövlətinin qurucusudur və bu, daha sonra Səfəvilər dövlətinin və müasir İranın yaranmasına zəmin yaratdı. Hülakunun işğalları İranı qərbdən Avropa təsirinə və şərqdən Çinin təsirinə açdı. Hülakunun hakimiyyəti dövründə fars tarixçiləri ərəb dilinin yerinə fars dilini istifadə etməyə başladılar. Ardı »

Hülaku xanVətəndaş müharibəsi

Hakimiyyət qurulandan və Hülakunun qardaşı Qubilay xan Böyük Xan elan ediləndən sonra 1262-ci ildə Hülaku öz torpaqlarına qayıtdı. O, Məmlüklərə hücüm etmək üçün ordusunu yerləşdirəndə və Əyn Cəllud vuruşunun intiqamını almağa çalışanda vəziyyət dəyişdi və Hülaku xan Batı xanın qardaşı Bərkə xanla vətəndaş müharibəsinə girməyə məcbur oldu. Müsəlmanlığı qəbul etmiş Bərkə xan Hülakunun Bağdadı talan etməsinin əvəzini çıxacağına söz vermişdi və Məmlüklərlə ittifaq qurmuşdu. Qızıl Orda hökmdarı Bərkə xan sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana göndərdi. Hülakü xan vilayətlərdən qoşun topladı və Şirvana yola saldı. Dərbənd Hülakü xan tərəfindən tutuldu. Elxanilərin qoşunu qızılordalıları izləyərək Terek çayına yetişdi. Bərkə xan Ardı »

Hülaku xanŞirvanşahlarla əlaqələr

Şirvanşahlar Elxani hökmdarlarının bütün səfərlərində qeyri-nizami qoşun dəstələri ilə iştirak etməli və öz süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirməli idi. Məsələn, Şirvanşah II Axsitan ibn III Fəribürz h.653 (1256)-cü ildə Rum, İraq, Xorasan, Azərbaycan, Arran, Şirvan və Gürcüstan feodal hakimləri kimi, malikləri, sədrləri və əyanları ilə birlikdə "layiqli hədiyyələrlə" ismaililərə qarşı səfərə çıxmış Hülakü xanın yolüstü qərərgahına gəlmişdi. [17] [18] [19] [20]

I Axsitan h.658 (1260)-ci ildə Hülakü xanın əmri ilə öldürülmüşdür. Ərəb müəllifi ibn əl-Füvatanın məlumatına görə "Əla əd-Din Fəribürz ibn Güştəsb əl-Şirvani Şirvanın hökmdarıdır. Qədim nəsldəndir. Adı çəkilən Əla əd-Din böyük sultan Hülakü xanın h.658 (1260)-ci ildə öldürdüyü Şirvan hakimi Ardı »

Hülaku xanHülaku xan Ölümü

Hülaku 1265-ci ildə öldü və Urmiya gölünün Şahı adasında basdırıldı. Onun dəfni insan qurban edilən tək Elxani dəfni idi. Hülakudan sonra onun yolundan gedən Abaqa xan hakimiyyətə gəldi. Ardı »