Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hərbi kampaniyalar

Hülakunun qardaşı Mengü xan 1251-ci ildə Böyük xan oldu. 1255-ci ildə Mengü xan Hülakunu cənub-qərbi Asiyada olan müsəlman dövlətlərini işğal etmək və ya dağıtmaq üçün böyük monqol ordusunun rəhbərliyinə gətirdi. Hülaku xanın kampaniyası lurların məğlub edilməsinə, Xaşxaşilərin süqutuna, Bağdaddakı Abbasilər Xilafətinin, Əyyubilər dövlətinin və son olaraq Misirdəki Bəhri Məmlük Sultanlığının asılılığına və ya dağıdılmasına nail olmaq istəyirdi. [1] Mengü xan tabe olanlarla mehriban davranılmasını və tabe olmayanların məhv edilməsini Hülakuya əmr etdi. Hülaku işin ikinci hissəsinin təlimatlarını yaxşı şəkildə həyata keçirdi.

Hülaku xan bəlkə də onun dövrünə qədər qurulmuş ən böyük monqol ordusu ilə yürüşə çıxmışdı. Mengü xanın əmri ilə imperiyanın döyüşçülərinin üçdə ikisi Hülaku xanın ordusu üçün toplanmışdı. [2] O, asanlıqla, lurları məğlub etdi və Xaşxaşilər insanların həyatını xilas edən sazişi bağlayaraq özlərinin əlçatmaz qalası olan Ələmutu döyüşmədən təslim etdilər.


Tarix: 08.01.2015 / 01:44 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Hülaku xan
loading...