Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan İkinci dünya müharibəsindəAzərbaycanlılardan ibarət diviziyalar

İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri Ardı »

Azərbaycan İkinci dünya müharibəsindəAzərbaycan faşizmə qarşı müharibədə

Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.

1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı Ardı »

Azərbaycan İkinci dünya müharibəsindəMüharibə haqqında

1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi.

Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: "Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!"

Bundan sonra "Barbarossa" adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.

İyunun 22-də faşist Ardı »

Azərbaycan İkinci dünya müharibəsindəMoskvanın müdafiəsində

Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri olan 8 dekabr 1941-ci ildə paytaxtın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüşlərdə İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirmişdi. Bu döyüşdə İsrafil Məmmədov özü 70-dən çox faşist məhv etdiyi üçün ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. İsrafil Məmmədov bu yüksək ada layiq görülmüş ilk azərbaycanlı idi.

1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artileriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur Ardı »

Azərbaycan İkinci dünya müharibəsində402-ci milli atıcı diviziya

Tərkibi 90% azərbaycanlılardan ibarət olan 402-ci milli atıcı diviziya 44-cü ordu tərkibində Şimali Qafqazda Terek çayının sağ sahilində Qroznı- Mozdok istiqamətində ağır döyüşlərdə iştirak etmiş və bu döyüşlərdə fərqlənmişdi. Həmin döyüşlərdə 833-cü alayın komandiri mayor Akim Abbasov və 840-cı alayın döyüşçüləri qəhrəmanlıq nümunələri göstərmişdilər. 1944-ci ilin əvvəlində 402-ci milli diviziyanın sıravi heyətinin 75%-i, komanda heyətinin 50%-i azərbaycanlılardan ibarət idi. Komanda heyətinin milli tərkibini gücləndirmək məqsədilə diviziyaya respublikadan azərbaycanlı hazırlıqlı və təcrübəli komandirlər heyəti göndərildi. Diviziyada siyasi tərbiyə işlərinə respublikadan 300 nəfərdən çox partiya işçisi göndərilmişdi. Görkəmli yaradıcı ziyalılardan Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Bülbül, Niyazi Hacıbəyov, Mustafa Topçubaşov, Heydər Hüseynov Ardı »

Azərbaycan İkinci dünya müharibəsindəŞimali Qafqaz uğrunda

Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sofet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. Ardı »

Azərbaycan İkinci dünya müharibəsindəAzərbaycan İkinci dünya müharibəsində

Azərbaycan İkinci dünya müharibəsində — İkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu. Azərbaycan övladlarının böyük qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti.

İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.

Azərbaycanın eks-prezidenti Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir". Ardı »

Azərbaycan İkinci dünya müharibəsində223-cü milli atıcı diviziya

223-cü milli atıcı diviziyanın döyüş yolu 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq, Ukrayna və Moldaviyadan, Bolqarıstan, Yuqoslaviya və Macarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı. Diviziya 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olmuş və mayın 12-də Çeski Budlvitse şəhərində Amerika ordusunun hərbi hissələri ilə görüşmüşdü. Diviziyanın əsgər və zabitlərindən 3483 nəfər orden və medalnlarla təltif edilmişdi.

1942-ci ilin fevral ayından 1943-cü ilin iyun ayına qədər Heybət Heybətov diviziyanın komandiri olmuşdu. Onun komandanlığı altında diviziya Mozdokdan Millerova şəhərinə qədər döyüş yolu keçmişdi.

General Heybət Heybətov müharibə illərində general rütbəsi almış Həzi Aslanov və Yaqub Quliyev ilə yanaşı üçüncü azərbaycanlı generalıdır. Müharibə illərində həmin diviziyada komandan Ardı »