Qadın dünyası → Ayaqqabınızın ömrünü uzadın
1. Ayaqqabınız palçığa batmışsa, nəm əski ilə təmizləyin.
2. Ayaqqabınızı heç vaxt suyun altında və ya paltaryuyan maşında yumayın. Bu, ayaqqabınızın formasını itirməsinə, həmçinin ömrünün qısalmasına gətirib çıxara bilər.
3. Ayaqqabınızın "formada qalmasını” istəyirsinizsə, qəliblərdən istifadə edin.
4. Üstü tikişli ayaqqabılarda tikiş yerlərindən su buraxma ehtimalı çoxdur. Ona görə də bu cür ayaqqabıları yağışlı və qarlı havalarda geymək məsləhət deyil.
5. Yaş və ya nəm ayaqqabını radiator üzərində və günəş altında qurutmayın. Ən yaxşısı onları otaq temperaturunda qurutmaqdır.
6. Əgər üzərində "Su keçirmir" (waterproof) sözləri yoxdursa, deməli, ayaqqabınız həmişə su buraxa bilər.
7. İçi astarlı və ya astarsız ayaqqabılar həqiqi dərindən hazırlandığı üçün sağlamlıq üçün təhlükəli deyil. Ardı »