Qadın dünyası → Atanın gəlin olacaq qızına yazdıqları...
Qızım gələcək, bir azdan.. Çox az vaxtımız qaldı və mən hələ də qorxuram.. Qorxuram...həyəcandan ayaqlarımın üzərində dayana bilməməkdən.. Qorxuram..özümü itiribdə, qızımın qabağında ağlamaqdan...
Yox..yox.. Bunu edə bilmərəm.. Bu olmamalıdır.. Bir an öncə yığışdırmalıyam özümü. Hər zamankı kimi dik durmalıyam qarşısında.. Həm mən qızımı " Kişilər ağlamaz, hələ atalar heç ağlamaz” deyə inandırmışdım. Davam etdirməliyəm o, böyük yalanı...
Qızım gələcək bir azdan yanıma. Canım, ürəyim Qızım. Daha indidən hiss edirəm onun yoxluğunu.. Artıq, buna alışmalıyam..
Onu gəlinlik libasının içində gördüyüm an " Şahzadələr kimi olmusan, gözəl qızım” deməliyəm.. Ya da, yox..."Canım qızım, o qədər gözəl olmusan ki, səni verməkdən vazkeçə bilərəm” deməliyəm.. Ya da, Ardı »