Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan qalalarının siyahısıAtəşi-Baquan qala divarları

Atəşi-Baquan qala divarları
e.ə. VIII – VII əsrlər
Bakı
Qalanın qalıqları üzərində Şirvanşahların dövründə yeni qala inşa edilmişdir. Dövrümüzə çatmş qala ikiqatlı divardan ibarət olub, birinci divar Şirvanşah III Mənuçöhr, ikinci divar isə Şirvanşah I Axsitanın zamanında tikilmişdir. Ardı »

Azərbaycan qalalarının siyahısıBəlləbur qalası

Bəlləbur qalası
VII əsr
Lənkəran
Qaladakı tapıntılar IX-XI əsrlərdə Bəlləburla Bizans və digər qonşu dövlətlər arasında ticarət əlaqələrinin olduğunu göstərir. Tapıntılar arasında Bizansa məxsus mis və qızıl sikkələr var. Bir sıra alimlərin fikrincə, Bəlləbur qalası 830-cu illərdə Babəkin sığınacağı olub. Ardı »

Azərbaycan qalalarının siyahısıQazaka şəhərinin müdafiə sistemi

Qazaka şəhərinin müdafiə sistemi
e.ə. I minillik
Takab
Qala divarları böyük-kiçik sal daşlardan tikilmiş, onlara Sasani dövrünü tikinti üslubunda yonulmuş daşlardan üzlük çəkilmişdir. Tədqiqatçıların fikrincə bu daş üzlük Sasanilərin son dövründə qala divarına əlavə edilmişdir. Qala divarında həmçinin monqol dövründə aparılan təmir işləri də sezilməkdədir. Ardı »

Azərbaycan qalalarının siyahısıÇıraqqala

Çıraqqala
e.ə. IV – III əsrlər
Şabran
Qafqaz Albaniyası dövründə (b.e. IV – V əsrləri) inkişaf etdirilərək Gilgilçay səddinin əsas müdafiə qurğularından biri kimi istifadə olunmuşdur. Ardı »

Azərbaycan qalalarının siyahısıŞapurqala

Şapurqala
I-III əsrlər
Şahbuz
Qalanın mərkəzi hissəsində tikinti qalıqlarına, bişmiş kərpic, çəhrayı gil qab və dən daşlarının qalıqlarına, ocaq yerinə təsadüf edilmişdir. Tapıntılar Şapurqalada həyatın eramızın ilk əsrlərindən XV-XVI əsrlərə kimi davam etdiyini göstərmişdir. Qaladan müdafiə məqsədi ilə, həmçinin gözətçi məntəqəsi kimi istiadə olunmuşdur. Ardı »