Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FutbolFutbol üzrə dünya çempionatları və loqotipləri

Futbol üzrə dünya çempionatı necə görünür? "Bax, belə!" –, deyə loqotip bizə bu haqda bildirir.

Bu movzuda maraq dairəsinin geniş olmasını nəzərə alaraq, sizlərə 1930-cu ildən 2010-cu ilə qədər futbol üzrə dünya çempionatlarının “loqo evolyusiyası”-nı təqdim edirik. Həmçinin həmin illərdə final oyunu və çempionun adını da bilmək istəyənlər üçün qeyd edirik. Bilənlər üçünsə yenidən yada salmaq istərdik.

1930-cu ildən 2010-cu ilə qədər Dünya Kuboku loqotipləri:

1930-cu ildə çempionat Uruqvayda keçirilib. Argentina ilə final oyununda 4:2 hesabı ilə meydan sahibi olan Uruqvay komandası birinci dünya kubokunun sahibi olur. 3-cü yerdə ABŞ, 4-cü yerdə Yuqoslaviya qərarlaşır.

1934-cü ildə cempionat İtaliyada baş tutub. Finalda İtalya Çexoslavakiya ilə üzləşir. Ardı »

FutbolFutbol rekordları

Fərdi qollar
Fransız Stefan Stanis 13 dekabr 1942-ci ildə Milli çempionatda bir oyun ərzində 16 qol vurub.
Beynəlxalq matçlarda isə Danimarka yığmasının oyunçusu 1908-ci ildə Olimpiya oyunlarında Fransa yığması ilə görüşdə 10 qol vurub (17:1). Elə bu qədər də qolu 1912-ci ildə Olimpiya oyunlarında Almaniya-Rusiya (16:0) matçında Qotfrid Fuks vurub.
Bir mövsümdə ən çox qol vuranlar1927-1928-ci illər mövsümündə vurulmuş qollar üzrə rekordlar 39 matçda 60 qol vuran Uilyam Ralfa və 38 matçda 66 qol vurmuş Ceyms Smitə məxsusdur.

Digər rekordlar
Braziliyalı Artur Fridenrayx təsdiq olunmamış məlumatlara əsasən 26 illik futbol karyerasında (1909-1935) 1329 qol vurub.
Vrans Binder 1930-1950 illərdə Avstriya və Almaniyada keçirdiyi görüşlərdə 756 Ardı »

FutbolAvrokuboklarda kimlər iştirak edəcəklər?

2010-11 mövsümü yekunlaşmaq üzrədir. Artıq bir çox ölkələrdə qaliblərin adlarına aydınlıq gəlib. Biz bu yazıda qitəmiqyaslı turnirlərdə ölkələri kimlərin təmsil edəcəklərini və yarışa hansı mərhələdən qoşulacaqlarını qeyd edəcəyik.
ÇEMPİONLAR LİQASI
1-ci seçmə mərhələ
"Dudelanj" (Lüksemburq), "FK Santa Koloma" (Andorra), "Valletta" (Malta), San Marino çempionu
2-ci seçmə mərhələ
BATE (Belarus), "Makkabi" (Hayfa, İsrail), "Dinamo" (Zaqreb, Xorvatiya), "Rusenborq" (Norveç), "Partizan" (Serbiya), APOEL (Kipr), "Visla" (Polşa), "Liteks" (Bolqarıstan), "Slovan" (Slovakiya), "Viktoriya" (Plzen, Çexiya), "Maribor" (Sloveniya), HİK (Finlandiya), "Ekranas" (Litva), "Zestafoni" (Gürcüstan), "Malmö" (İsveç), "Şemrok Rovers" (İrlandiya), Avstriya çempionu, "Daçiya" (Moldova), "Pünik" (Ermənistan), "Boraç" (Bosniya və Herseqovina), "Skonto" (Latviya), "Fehervar" (Macarıstan), "Banqor Siti" (Uels), Çernoqoriya çempionu, "HB Torshavn" (Farer adaları), Ardı »

FutbolAzərbaycan klubları Avrokuboklarda

Hamımıza məlumdur ki, ölkəmiz futbolda hələ də inkişaf etməyib və həmişə adımız zəif komandalar arasında çəkilir, püşkatma mərhələlərində ölkəmiz bizim kimi zəif ölkələrlə bir sırada durur. Amma bir sevindirici hal var ki, get-gedə futbolumuz inkişaf etməkdədir, zəif, həm də çox zəif sürətlə olsa belə. Bunu əsasən futbol klublarımızın avrokuboklarda iştirakında görmək olar. Yadımdadı, ən azı 10 il bundan əvvəl Şəmkir klubunun Çempionlar Liqasında mərhələ keçməsini bütün ölkə bayram edirdi, çünki bu müstəqil ölkəmizin tarixində ilk belə hadisə idi. Mən də ikinci mərhələnin ilk görüşü ərəfəsində yaxşı ki Bakıda qonaq idim, qohumlarımın baş-beynini xarab elədim və məni stadiona oyuna baxmağa apardılar. Təəssüf Ardı »

FutbolFenerbahçe Galatasaray derbisi

Yarandığı gündən aktuallığını itirməyən futbolda elə qarşılaşmalar olur ki, klubların güc səviyyəsindən, turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq hər bir azarkeş il boyu bu matçı gözləyir. Elə azarkeşlər də tapılır ki, məhz bu oyundakı qələbəni çempionluq titulundan daha üstün tutur. Dünya miqyasında olmasa da əksər azərbaycanlıların da həyatında böyük rol oynayan Fenerbahçe Galatasaray derbisi də bu matçlardan sayıla bilər.

Bu komandalar və aralarındakı qarşılaşmalarla bağlı bəzi məlumatları sizinlə bölüşmək istərdim.

Hər iki komanda İstanbulu təmsil etsə də Fenerbahçe Asiya, Galatasaray isə Avropa hissəsində olduğu üçün bu qarşılaşmaya «qitələrarası derbi» də deyirlər.

1905-ci ildə yaranan Galatasaray və 1907-ci ildə yaranan Fenerbahçe arasındakı ilk qarşılaşma Ardı »

FutbolFutbolun yaranma tarixi

Futbolun dəqiq harda və nə vaxt yarandığı məlum deyil. Ayaqla top oyunu Qədim Şərq xalqlarına məlum idi və antik dövrün ölkələri olan Yunanıstan və Romada geniş yayılmışdı.
16-cı əsrin ortalarında İngiltərədə qədim və indiki futbola oxşayan oyunlar çox məşhur olub. Şəhərin küçə və meydanlarında hər iki tərəfdən 500-dən çox adamın oynadığı bu oyun əlbəyaxa döyüşlərin getdiyi meydanı xatırladıb. O vaxt günorta başlayan oyun axşam qaranlıq düşənə qədər davam edirmiş. Topu təyin olunan yerə çatdıran və ya eni 400 metr olan «qapı xətti»ni keçən komanda qalib hesab olunurmuş.
Həmin vaxt oyunlar üçün ayrıca sahələr olmadığı kimi, müasir futboldakı qayda-qanunlar da olmayıb.

İngilis futbolu haqqında Ardı »