Maraqli Melumatlar ve gozellik sirleri → Ağıllı qadınların əri daha uzunömürlu olur
[color=#ff810f][b]
Ömrünü uzatmaq istəyən kişilər ağıllı, savadlı qadınla ailə qurmalıdır. Stokholm universitetinin tədqiqatçıları belə düşünürlər. Tədqiqatçılar 1,5 milyon cütlük üzərində aparılan araşdırmadan sonra belə qənaətə gəliblər. Onlar əmindirlər ki, ailədə kişinin uzunömürlülüyü böyük ölçüdə onun xanımının intellektual səviyyəsi, qabiliyyəti, savadlılıq dərəcəsindən asılıdır. Bununla yanaşı, kişinin intellektual səviyyəsinin qadının ömrünün uzunluğuna ciddi təsir göstərmədiyi də üzə çıxıb. "Ənənəvi olaraq ailədə qadınlar kişilərlə müqayisədə daha çox məsuliyyət daşıyırlar. Odur ki evin xanımının savadlılıq səviyyəsi, intellekti onun ərinin qidalanması, həyat tərzi ilə bağlı qərarlar qəbul etməsində əhəmiyyətli rol oynayır", - deyə tədqiqatçılar bildirir.
Bununla yanaşı, alimlər qadının ömrünün uzunluğuna təsir edən kişi əməlinin olduğunu da üzə Ardı »