Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Z hərfiZƏMZƏM SUYU

Röyada zəmzəm suyu içdiyini görən adam dərd və xəstəliklərdən qurtulur, arzularına çatır. Ardı »

Z hərfiYuxuda Zəiflik, gücsüzlük görmək

Yuxuda zəiflik, gücsüzlüklə üzləşmisinizsə, bu, uğursuz sevgi və işlərdə çətinliklərə işarədir. Yuxuda zəif, taqətdən düşmüş adamlar görmək məyusluğa işarədir. Ardı »

Z hərfiYuxuda Ziyil görmək

Yuxuda sizdə ziyil olduğunu görürsünüzsə, bu o deməkdir ki, sizə qarşı olan düşmənçilik niyyətlərini, pis əməlləri rədd edə bilməyəcəksiniz. Əllərinizdə ziyilin itdiyini görmüsünüzsə, bu o deməkdir ki, sizi uğura aparan yolda bütün əngəlləri dəf edəcəksiniz. Başqalarında ziyil görmək yanınızda təhlükəli düşmənin olduğuna xəbərdarlıqdır. Əgər ziyilləri çıxarırsınızsa, bu o deməkdir ki, sizə və yaxınlarınıza təhlükə doğuran qüvvələri enerji ilə rədd edəcəksiniz. Ardı »

Z hərfiZƏNG

Röyada qapı və ya məktəb zənginə oxşar bir səs eşitmək-xeyrə əlamətdir. Cavan oğlan üçün-daha yüsək bir mənsəbə çatacağına; yaşlı adam üçün-durumunda daha xoş bir dəyişiklik olacağına; ərə getməmiş qız üçün-xəşbəx bir ailə quracağına; evli qadın üçün-gələcəyi parlaq bir oğlan uşağı doğacağına yozulur. Ardı »

Z hərfiZOPA

Yuxuda əldə zopa dolaşdığını görmək-bir dostunuza yaxşılıq edəcək və ya dostunuzdan yaxşılıq görəcəksiniz. Zopa ilə birisini vurmaq-hürriyyətə qovuşacaq və ya ailənizdən ayrılaraq ayrıca ev alacaqsınız. Zopayla vurduğunuz adam haqlı yerə vurulmuşsa, düşmənlərinizə və sizəi istəməyənlərə qarşı mübarizədə qəti zəfər qazanacaqsınız. Ardı »

Z hərfiYuxuda Zorlama görmək

Yuxuda yaxınlarınızdan biri zorlamaya məruz qalıbsa, bu o deməkdir ki, sizi dostlarınızla bağlı kədər gözləyir. Əgər qız yuxuda zorlandığını görübsə, bu o deməkdir ki, real həyatda onun adını ləkələyəcək bir hadisə baş verəcək, sevgilisi isə onu tərk edəcək.

Zorlama haqqında yuxular qəddarlığa işarədir. Siz zorlayan, qurban və müşahidəçi rolunda ola bilərsiniz.Bu tip yuxularda ətrafdakılara qarşı münasibət və hissləriniz yuxunun əhəmiyyətini başa düşmək üçün əsas faktor sayılır.Zorlamanın qurbanı olduğunuz təkrar yuxuları görmək – müəyyən etməlisiniz ki, gördüyünüz yuxularda posttravmatik stress hər hansı bir rol oynayırmı? Zorlamanın qurbanı olduğunuz yuxu sizə qarşı ağır, ədalətsiz, insafsız istismar xarakterli münasibətlərə işarədir. Yuxu sizə qarşı heç bir Ardı »

Z hərfiYuxuda Zümrüd görmək

Yuxuda zümrüd görmüsünüzsə, tezliklə hansısa mülkün varisi olacaqsınız, bu isə ətrafdakılarla xoşagəlməz hallara səbəb olacaq. Yuxuda zümrüd almaq son dərəcə əlverişsiz işlərdən xəbər verir. Biznes yoldaşınız sizi aldatmağa çalışacaq. Əgər yuxuda zümrüd tapmısınızsa, tanıdığınız insanların əxlaqsızlığını dəstəkləməkdə günahlandırılacaqsınız. Ailəli adamlara belə yuxu ailə münasibətlərinin korlanacağına işarədir. Yuxuda zümrüd taxmaq o deməkdir ki, sizi romantik tanışlıq gözləyir. Gənc qıza belə yuxu onun adı üçün çox böyük təhlükədən xəbər verir. Yuxuda mirvari ilə zümrüddən olan bəzək əşyanızı itirmisinizsə, bu sizi xoşagəlməz hadisələrin izləyəcəyinə işarədir. Ola bilsin, yaxın adamınızla münasibətləriniz korlansın. Ardı »