Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ü hərfiÜTÜ

Yuxuda isti ütü görmək-çox zəkalı olduğunuza, ancaq zəkanıza gərəyindən artıq güvəndiyinizdən zərər gördüyünüzə yozulur. Dərzi ütüsü-xoş xəbərdir. Bir şey ütüləmək-işlərinizin düzələcəyinə işarədir. Ardı »

Ü hərfiYuxuda Üz görmək

Yuxuda məhzun baxışlı, gözəl, açıq üz görmək o deməkdir ki, siz çox yaxında gözəl əyləncələrdə iştirak edə bilərsiniz. Lakin eybəcər, qaraqabaq və acıqlı üz görmək xoşgəlməz hadisələrə işarədir. Yuxuda üzünüzə baxaraq onun əsrarəngiz rəngindən zövq alırsınızsa, bu, uğur və gözlənilməz xoş hadisələrə işarədir. O qədər də yaxşı olmayan üz rəngi qəm, qüssəyə işarədir. Yuxuda kiminsə üzündə qalın, xoşagəlməyən dodaq görmək tələsik və düşünülməmiş qərarlara işarədir. Xoş gülümsəyən dolu dodaqlar münasibətlərdə harmoniya və evdə bolluğa işarədir. Sevgililər üçün bu yuxu qarşılıqlı məhəbbətə işarədir. Nazik dodaqlar o deməkdir ki, sizi asanlıqla çıxış yolu tapacağınız çətin vəziyyət gözləyir. Şişmiş, soyuq dəymiş dodaqlar qeyri-sağlam arzular, Ardı »

Ü hərfiYuxuda Ürəyi getmə görmək

Yuxuda ürəyi getmə ailənizdə mümkün xəstəlik və xoşagəlməz xəbərlərə işarədir. Yuxunu gənc qadın görübsə, bu o deməkdir ki, səhlənkarlığı ucbatından ümidsizliyə qapılacaq. Ardı »

Ü hərfiYuxuda Üskük, oymaq görmək

Yuxuda oymaqdan istifadə etmisinizsə, bu o deməkdir ki, tezliklə başqa insanları sevindirəcəksiniz. Qadının əlində üskük görmüsünüzsə, bu, o deməkdir ki, hansısa ciddi addım atacaqsınız. Yuxuda oymaq itirmək kədər və ehtiyaca işarədir. Yuxuda köhnə, işlənmiş oymaq görmüsünüzsə, bu o deməkdir ki, yaxın gələcəkdə çox vacib olan bir işdə ağılsız davranacaqsınız. Yuxuda yeni oymaq almısınızsa və ya hədiyyə veriblərsə,bu, tezliklə əhatənizdə olan insanlarla ünsiyyət, sevinc və məmnunluq hissləri gözlənilir. Yuxuda barmağınıza oymaq keçirmək istəyirsinizsə və deşiyi bağlıdırsa, bu, sizi ciddi xoşagəlməz hadisələrin gözlədiyinə işarədir, lakin dostlarınız sizə çətin vəziyyətdən çıxmağa kömək edəcəklər. Ardı »

Ü hərfiYuxuda ÜZ (sifət) görmək

Bir kəsin yuxuda öz çöhrəsini gözəl görməsi-işlərinin yaxşı gedəcəyini, müjdə və sevinci ifadə edir. Röyada görülən üz-sarılığa, qısqanclığa və paxllığa, ayrı-seçkiliyə, araqarışdırıcılığa və xəstəliyə işarə sayılır. Yuxuda bədəninin ağ, üzünün qara olduğunu görmək-içiniz çölünüzdən daha sağlam və mənalıdır. Bədəninin qara, üzünün ağ olması-çölünüz içinizdən gözəldir. Üzünün qara olduğunu görən adam çox yalan danışar. Üzünün böyük olduğunu görməkrütbə və yüksk məqamdır. Üzünün qırmızı və tutqun olduğunu görmək-bir bəlaya və kədərə düşəcəksiniz. Üzünün açıq və gözəl olduğunu görən kimsə əxlaqlı və fəzilətli adamdır. Üzünün çirkin olduğunu görmək-pisliyə, rüsvayçılığa yozulur. Üzünün çatlayıb yarıldığını görmək-röya sahibinin həyasızlığına işarədir. Ardı »

Ü hərfiÜZÜM BAĞI

Yuxuda üzüm bağı, ümumiyyətlə, xeyrə yozulur. Aşağıdakı yozumlara bölünür: -bağda dolaşıb üzüm toplamaq-fərəhli və nəşəli istirahətə. -bağdan gizlicə üzüm oğurlamaq-umulmayan yedən gözlənilməz bir yaxşılıq. -bağda üzümü torpağıyla birlikdə yığmaq-əyləncəli bir toplantıya. -bağda üzüm urası-yaxın vaxtlarda gerçəkləşəcək toy-düyünə. -bağdan salxım-salxım üzüm vermək-xeyirli və şad xəbərə yozulur. Ardı »