Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

S hərfiSOĞULCAN

Ətrafınızı qiymətsiz və pis xasiyyətli adamların sarmış olduğuna yozulur. Ardı »

S hərfiSaat görmək

Sizi aldatmaq istəyirlər.

Cib saatı – gözəl ailə münasibətlərinə işarədir; tapmaq – son dərəcə dəqiq olmalısınız; qızıl saat- sizi yaxın tanışlarınız oğurlayacaq; işləməyən saat – boş yerə vaxtınızı itirirsiniz; hədiyyə vermək- özünüzü aldadırsınız; böyük səsli saat – yadda saxlayın ki, vaxt qızıldır; sındırmaq – xoşagəlməz hadisə gözlənilir; qurulmamış saat- uzaq tanışınızın ölümünə işarədir.

Yuxuda qədim saatlara baxmaq o deməkdir ki, gələcəkdə keçmişdə etdiyiniz səhvlərə görə çox peşman olacaqsınız. Ola bilsin ki, belə yuxu böyüklərinizin, əcdadlarınızın etdiyi səhvlərə görə utanacağınıza işarədir. Yuxuda divar saatı görmək o deməkdir ki, gələcəkdə həyatınızı köklü şəkildə dəyişəcək nə isə baş verəcək. Yuxuda qol saatı görmək – planlaşdırdığınızın işi Ardı »

S hərfikiməsə Sillə vurmaq

Yuxuda kiminsə sizə sillə vurduğunu görmək o deməkdir ki, siz həyatda təsdiqlənmək üçün qətiyyətli addım atmalı olacaqsınız. Həm də bu addımı kənardan kömək olmadan atmalı olacaqsınız. Kiməsə sillə vurduğunuzu görmək planlarınızın və işlərinizin pozulacağından xəbər verir. Ardı »

S hərfiSƏRÇƏ

Röyada sərçə-gülməli lətifə və oyunlarla, xalqı əyləndirən adama işarə sayılır. Sərçə, eyni zamanda, oğlan uşağına da yozula bilir. Yuxuda sərçə kəsdiyini görən adamın zəif bir oğlan övladı dünyaya gələcək. Bu uşağın ölməyindən qorxulur. Röyada eşidilən sərçə səsi-gözəl bir sözü və ya elm öyrənməyi ifadə edir. Yuxuda sərçəsi olduğunu görən adam varlanacaq və bir topluma rəhbər olacaqdır. Çoxlu sərçə görmək-günah işləmək, itaətsizlik, ayrı-seçkilik salmaq, məğlubiyyətə uğramaq kimi açıqlanır. Ardı »

S hərfiSaqqız görmək

Yuxuda saqqız çeynəyən adam görmək nahaq yerə təhqirə məruz qalmaq deməkdir. Belə yuxu dostunuzun sizə qarşı şərəfsiz hərəkətinə işarədir. Saqqızın üstünə tapdalamaq halal olmayan bir işə qoşulmaqdır. Qadın belə yuxu görübsə, o yalançı bir adama etibar edəcək. Yuxuda saqqız çeynəyərək onun dadından zövq alırsınızsa, real həyatda öz ambisiyalarınıza görə dostlarınızı itirə bilərsiniz. Saqqızı dartıb uzatmaq işlərinizdə qarışıqlığa düşəcəyinizə işarədir. Əgər saqqızı dartdığınız anda o qırılırsa, vacib işi gördüyünüz vaxt ciddi maneə ilə qarşılaşacaqsınız. Saqqızı şişirtmək boş ümidlərlə özünü ovundurmaq, vaxtını boş yerə xərcləmək və işlərin real vəziyyətindən xəbərsiz olmaq deməkdir. Ardı »

S hərfiSAY (saymaq)

Bir çox röya yozucuları 1-dən 22-yə qədər olan rəqəmləri aşağıdakı kimi mənalandırırlar: 1-Şərəf və heysiyyət sahibi olan kimsədir. 2-Xəyalınızda yaşatdığınız qadını heç vaxt görməyəcəksiniz. 3-Böyük bir bərəkət və bolluğa qovuşacaqsınız. 4-Hər cür şan-şərəf sahibi olacaqsınız. 5-Hər işdə müvəffəq olmaq bacarığınız var. 6-Gələcəkdə böyük uğurlar qazanacaq və çox zəngin olacaqsınız. 7-İstək və xəyallarınız həqiqət olacaqdır. 8-Hər şeyi haqq və ədalət yoluyla həll edirsiniz. 9-Həm ağıllı, bilikli, həm də hiyləgərsiniz. 10-Həyatınızda kiçik bir dəyişiklik olacaq. 11-Cəsur, qorxmaz və çalışqan bir adamsınız. 12-Günahlarınızı cəzasını bir gün mütləq çəkəcəksiniz. 13-Bir eşq üzündən çox iztirab çəkəcək, lakin aşiqlikdən əl çəkmək qərarına gələrək bu dərddən qurtulacaqsınız. 14-Həyatinizda Ardı »

S hərfiSevgili, məşuq görmək

Evli qadın yuxuda məşuq görübsə bu, real həyatda istəklərin həyata keçmədiyinə işarədir. Subay qız üçün belə yuxu tezliklə həyatında vacib adamla görüşəcəyinə işarədir. Tanıdığınız adamı yuxuda sevgili kimi görmək o deməkdir ki, real həyatda bir-birinizə ürəyinizi tam şəkildə açmamısınız. Yuxuda sevgiliniz xoşunuza gəlməyibsə, bu o deməkdir ki, heç kim sizə zərər yetirə bilməz. Yuxuda tanımadığınız adamı özünüzlə bir yataqda görmək o deməkdir ki, sizin narazılığınız ətrafınızda olan insanlara narahatlıq gətirəcək. Yuxuda bir neçə məşuqunuz varsa, bu o deməkdir ki, şəxsi həyatınıza təhsil və karyeradan daha çox vaxt ayırmalısınız. Yuxuda yatağınızda hansısa heyvan varsa, onda sizi sonsuz uğur gözləyir. Ardı »