SƏRÇƏ
Röyada sərçə-gülməli lətifə və oyunlarla, xalqı əyləndirən adama işarə sayılır. Sərçə, eyni zamanda, oğlan uşağına da yozula bilir. Yuxuda sərçə kəsdiyini görən adamın zəif bir oğlan övladı dünyaya gələcək. Bu uşağın ölməyindən qorxulur. Röyada eşidilən sərçə səsi-gözəl bir sözü və ya elm öyrənməyi ifadə edir. Yuxuda sərçəsi olduğunu görən adam varlanacaq və bir topluma rəhbər olacaqdır. Çoxlu sərçə görmək-günah işləmək, itaətsizlik, ayrı-seçkilik salmaq, məğlubiyyətə uğramaq kimi açıqlanır.
Tarix: 27.04.2014 / 21:29 Müəllif: Ebulfez Baxılıb: 79 Bölmə: S hərfi
loading...