Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

S hərfiSevilmək görmək

Yuxuda sevilirsinizsə, bu, sizi qalmaqala aparan eqoist istəklərə işarədir. Gənc qadın üçün bu yuxu qadağan olunmuş görüşlərə işarədir, lakin sonda o, özünə əxlaqlı, namuslu ər seçəcək. Ərli qadın üçün belə yuxu ev daxilində narazılıqlar, xoşagəlməz hadisələrdən xəbər verir. Başqalarını sevib-sevilən görmək sizin mənəvi öhdəliklərinizə etinasız yanaşdığınıza görə adınızın hallanmasına işarədir. Heyvanları belə halda görmək o deməkdir ki, sizi alçaq, rəzil kef-kefiyyətə cəlb etmək istəyəcəklər. Ardı »

S hərfiSAQQIZ

Röyada saqqız görmək-zəhmətlə qazanılacaq pul anlamına gəlir. Saqqız çeynəmək-dedi-qoduya işarədir. Saqqız almaq-pis bir xəbərdir. Saqqızı ocağa atmaq-mal-dövlət üzündən başınızı dərdə salacaqsınız. Ardı »

S hərfiSABUN

Cavan oğlanın yuxuda sabun görməsi-işlərində uğur qazanacaq,əlinə pul gələcəkdir. Bir parça sabun-üzüntü və qayğı içində olan adam üçün təsəlliyə, təskinliyə yozulur. Sabunla paltarını yumaq-günahlardan təmizlənmək və borcdan qurtulmaqdır. Ardı »

S hərfiSƏCDƏ

Röyada səcdə etdiyini görən adam ciddi və nəzakətli adamdır. O, təkəbbürdən, lovğalıqdan uzaq olur, düşməninə qalib gəlir. Bir dağ başında səcdə etdiyini görən kimsə qəddar və güclü birisinə qalib gələcək. Bir təpə və ya divar üzərində səcdə etmək-dəyərli və möhtərəm bir adama boyun əyib, onun hüzurunda əyilməyə işarədir. Ardı »

S hərfiSÜLEYMAN ƏLEYHİSSƏLAM

Həzrəti Sülüymanı yuxuda görən adam çox yüksək bir mənsəbə çatacaq, dövlətə və səadətə yetişəcək, düşmənlərinə üstün gələcəkdir. Ardı »

S hərfiSÜD ANASI

Yuxuda süd anası görmək-bir çox yeni və faydalı işlərlə qarşılaşacağınıza işarədir. Ardı »

S hərfiSaqqal görmək

Yuxuda saqqal görmək – o deməkdir ki, sizi hakimiyyət uğrunda mübarizə gözləyir və çox güman ki, bu mübarizədə itkiləriniz olacaq. Ağ saqqal uğursuzluq və uzumüddətli xəstəliyə işarədir. Saqqallı qadın görmək xoşagəlməz görüşlər və uzun sürən xəstəlik deməkdir. Yuxuda saqqalı daramaq və naz çəkmək o deməkdir ki, sizin şöhrət və məğrurluğunuz, xoşbəxtliyiniz artacaq, lakin əvvəlki dostlarınız üçün o qədər də xoşagələn olmayacaqsınız. Əgər gənc qadın yuxuda saqqalını darayırsa, bu yuxu onun uğursuz evlilik quracağına işarədir. Ardı »