Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Q hərfiQAPI CIRILTISI

Röyada ev və ya mənzilin qapısının cırıltısını eşitmək-gözətçi, yaxud qapıçı tərəfindən bir pisliyə, ya da ər-arvad arasında baş verəcək narazılığa işarə sayılır. Eyni zamanda, bir sirrin ifşa ediləcəyini göstərir.
Bir mirzənin yazı yazarkən (yazı taxtası və ya kağız üzərində) qələminin cırıltısını yuxuda eşitmək-elm adamları üçün Allah və xalq nəzərində dərəcələrinin yüksək olmasını və yaxşılıqla anılmalarını; başqa adamlar üçün-gizli şeylərin meydana çıxmasını və çətinliklərlə qarşılaşacağını xəbər verir.
Qapını yıxılmış və ya yanmış görmək-qayğıya, zəifliyə; təzə qapı-röya sahibinin evlənərək bəla və müsibətlərdən qurtulacağına yozulur. Ardı »

Q hərfiQUŞ QƏFƏSİ

-Bu röya cavan oğlan üçün gözəl yuxulardan hesab edilir. Qəfəsdə quş görmək-səadətə, zənginliyə və uğura yozulur. Orta yaşlı adamlar üçün bu yuxu işdə çətinliklərə düşəcəyinə işarə sayılır. Yuxusunda qəfəs görən gənc qız tezliklə ərə gedəcək. Evli qadın belə yuxu görərsə, işləri bir-birinin ardınca çətinləşəcək. Yuxuda boş qəfəs-hər kəs üçün bir sürprizdir. Ardı »

Q hərfiQƏSSAB

Röyada tanımadığınız bir qəssab görmək-Əzrayıl mələyiylə yozulur. Yuxuda qəssablıq edən üsyan edər, qoyun kəsən zülm edər. Qoyunun başını gövdəsindən ayırdığını görən adam arvadından ayrılacaq. İnsan əti yemək-başqasının arxasınca pis-pis danışmaqdır. Əlini qanla yaxalayan-muradına çatacaq. Ardı »

Q hərfiQəhvəxana görmək

Yuxuda kofe içirsinizsə, bu o deməkdir ki, gələcək evliliyiniz dostlarınız tərəfindən yaxşı qarşılanmayacaq. Kofe çöküntüsünü görmək xoşagəlməz hadisələrlə uğurlu mübarizəyə işarədir. Yuxuda qovrulmuş kofe görmək tanımadığınız insanların bədxah niyyətlərindən xəbər verir. Yaşıl kofe pis əlamətdir, bədxah düşmənlərinizin sizə zərər vermək niyyətindən xəbər verir. Ardı »

Q hərfiQorxmaq

Yuxuda qorxmaq, vahiməyə düşmək bədbəxt hadisədə yaralanmaya işarədir. Digərlərini qorxmuş halda görmək acı və kədərli hadisəyə işarədir. Belə yuxular əsəbi və həyəcanlı hallarla əlaqədar olur. Əgər belədirsə, səbəbi dəf etmək üçün hansısa tədbirlər görmək lazımdır. Belə yuxular hansıa səbəblərə görə yuxu pozğunluğu hallarında baş verir. Belə yuxu bəzi həyəcanların olacağına işarədir. Ardı »

Q hərfiQaz görmək

Qazların bezdirici qağıldaması bədbəxtlik əlamətidir. Üzən qazlara baxırsınızsa, bu o deməkdir ki, uğur tədricən sizə qayıdacaq. Qazları otda görmək xüsusilə xoşagələn haldır. Ölü qaz yaxınların itkisi və narazılıqlara işarədir. Qazları sevişən tərzdə görmək sevgi münasibətlərində doğruluq və sözündə düzgünlüyə işarədir. Qazları çağırmaq və onları yemləmək var- dövlət sahibi olacağınıza işarədir. Yuxuda qaz əti yemək işlərdə bəzi şübhələrə işarədir. Ardı »

Q hərfiQƏBİRİSTAN-

Röyada qəbiristan görən tutduğu günah əməllərə görə tövbə edəcək. Özünü ölmüş görənin ömrü uzun olacaq. Bir ölünü ağlamaq-xeyir xəbərə; ölünü qaçarkən görmək-uzun ömrə əlamətdir. Ölüyə bir şey vermək və ya ölünün röya sahibinə bir şey verməsi-evdə də, işdə də bolluq və bərəkət olacaqdır. Ölülərlə bərabər getmək-əcəlin yaxınlaşdığını xəbər verir. Öz evində ölü göərn adam istəyinə və muradına çatar deyirlər. Ardı »