Sevgi varmı? → Heyati Meslehet ( Duwundurucu Hekaye )
Hindistanın ən gözəl rəssamı idi. Ona rənglərin ustası
mənasında “Ranqa Carya” adını vermişdilər. Ranqa
incəsənət məktəbi açmış və orda sənətinin incəliklərini
öyrətməyə başlamışdı. Məktəbin bəlli bir tədris planı yox
idi. İstedad və bacarığından, sadəcə Ranqanın razı
qaldığı tələbələr məktəbin məzunu olur və sənət
dünyasına təqdim edirdi.
Həm qabiliyyətinə, həm də sənətin incəliklərini tez bir
zamanda mənimsəməsinə görə Rajyev adlı tələbə
digərlərindən fərqlənirdi. Bir azca da səbrsiz olan Rajyev
bir gün ustasından nə zaman məzun olabiləcəyini
soruşdu. Ranqa sualı eşidib gülümsədi və sözünə davam
etdi:
-Rajyev, sən mənim gələcək vəd edən tələbələrimdən
birisən. Çox qısa zamanda rəssamlıq sənətinin
incəliklərinə yiyələndin. Zənn edirəm artıq sonuncu
imtahanın zamanı gəlib. Səndən bir əsər çəkməni
istəyirəm.
Bu əsər çox gözəl olmalı və rəsmə baxan Ardı »