Sevgi varmı? → Men Artiq Seni Sechmishem!
Sən başqasına əzab verə bilməzsən?
Yox,əzizim,mən artıq səni seçmişəm!
Hər şeyi yenidən başlamaq olsaydı görəsən nə edərdim.Həyatımın təmiz səhifəsinə göy qurşağı çəkərdim və onun hamar zolaqları ilə səmanın dərinliyinə doğru addımlayardım yəqin ki.
Yox,yox...orda tək addımlamaq istəməzdim...səninlə birlikdə addımlayaraq arzu edərdim ki bu rəngarəng həyat körpüsünün sonsuz yollarını bir-birimizə dayaq olaraq gedə bilək.
Sən mənim həyatıma qəfildən gəldin.Hisslər,hadisələr,fikirlər leysan yağış kimi birdən töküldü üstümə.Mən birdən xoşbəxtliyə inandım,həyatımın boz səhifələrini öz varlığınla zərif rənglərlə bəzədin.
Sən mənim üçün dünya oldun...toxunmağa belə çəkindiyim dünyam.Elə bil ki gitaranın simlərinə toxunacaqdım,o da şikayətlə inildəyəcəkdi.Bu səs məni qorxudurdu.Amma sonradan hiss etdim ki orda bizim musiqimiz çalınir.
Bəzən həyatın küləkləri səni dəyişirdi,külək kimi Ardı »