Sevgi varmı? → Sensizem...
Bu gün yenə də sənsizəm, yenə də çarəsiz.
Sənsiz xəyalımda sənli günlərimi xatırlayıram.
Yəni gəncliyimin ən gözəl günlərini.
O, zaman mən bütün arzularımı sənin varlığınla qurmuşam.
Aradan bu qədər vaxt keçməsinə baxmayaraq sənsizliyə alışa, bununla barışa bilmirəm.
Səni azda olsa unutmağı bacarmıram.
Halbuki bunu çox istəyirəm.
Sən mənim həyatımın mənası olmusan.
Zaman keçdikcə buna daha da əmin oluram.
Sən bəzən dodağımda bir təbəssüm, bəzən ürəyimdə bir atəş,
bəzən də gözlərimdən axan yaş olmusan.
Amma sən həmişə kiçik qəlbimdə böyük yer tutmusan.
Səni bu gün də bu dəqiqədə görsəm heç çəkinmədən bunları deyərdim, qarşılıqlı olmasa belə.
Məni sevəsən deyə deyil, sadəcə biləsən deyə.
Səni qəlbimdən tamamilə silmək istəyirəm, amma ürəyim məndən Ardı »