Mən sənin varlığını sevirəm,yoxluğunu sevirəm. Sənin səsini, gülüşünü, sənin üçün darıxmağı, heç görməsəm belə səninlə olmağı sevirəm. Heç qorxmuram səni sevməkdən. Şəkildən hər mənə baxışında gözlərində oxuduğum o duyğunu, gözlərindəki gözlərimi sevirəm.Sənin dodaqlarındaki sözlərimi sevirəm,yenə də qorxmuram səni sevməkdən.Mən səndəki o istiliyi, sənə olan uzaqlığı sevirəm.Təkliyimi, ayrılığını sevirəm çünki onların da səbəbi sənsən. Mən ən çox mənim sənə olan sevgini sevirəm.
Dünyaya sığdıra bilmədiyim səni ürəyimə sığdırmaq istəyirəm.İçimdən sənə doğru minlərcə yollar keçir. Yenə də qorxmuram səni sevməkdən.Səni yalnızca sən olduğun üçün sevirəm, mən səni ən çox özüm üçün sevirəm. Gözlərimi hər açdığımda səni düşünməyi sevirəm, hər gecə yatmadan əvvəl səni sevdiyim Ardı »