Mən... Mən... Mən də uşaq kimi qayğısız, hər şeydən xoşbəxt olmaq istəyirəm. Mən də bəzən xəyallara inanıb hər gecə xəyallarla oyanmaq istəyirəm! Arzulamaq, arzularıma çatacağıma inanmaq istəyirəm. Ucadan qışqırmaq istəyirəm. Mən də sevənlərə qibtə edib dəlicəsinə sevmək istəyirəm! Mən də istəyirəm susmağı baxışlarla danışmağı. Mən də istəyirəm baxışlarımdan hər şeyi anlaya bilən baxışları, sükutla danışacaq dilləri, mehriban əlləri. Mən də istəyirəm həzin musiqi olmağı, ulduzlara toxunmağı. Mən də istəyirəm günəşimin, ayımın, gecəmin, gündüzümün olmağını. Mən də istəyirəm, dünyanın hər rəngini, bu bozluqdan qurtulmaq istəyirəm. Qəhqəhə çəkmək istəyirəm, hönkürmək, gözyaşlarıma qovuşmaq istəyirəm. Həm körpə olmaq, həm yaşlanmaq istəyirəm. Güclü olmaq zamana sahib Ardı »