Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şerləriGƏLMƏDİN

Vədə verib mənə, gəlləm demişdin,
Gözüm qaldı intizarda, gəlmədin.
Sənsiz mənim ağlamaqdı munisim,
Mənsur kimi qaldım darda, gəlmədin.

Əlif qəddim əydi hicran məlalı,
Necə xəlq eyləmiş qaşın hilalı,
Saldı məni qəmə zülfün xəyalı,
Məni qoydun eşq barda gəlmədin.

Mən elə Aşıqəm ey vədə xilaf,
Nizəni ahundan çərx olar şikar,
Belə olar ay bimürvət, nainsaf,
Getdi əldən ixtiyar da gəlmədin. Ardı »

Sevgi şerləriKaranlik

KARANLIK

Er gece saat 12 vurdunda aklimdasin
Keske yasamasaydim diyorum
Bazen de ne guzel gunler misler diyorum
Ama bir seyi hic unutamiyorum

Nasil seven insan aldatir
Barakabilir mi sevdini yuz ustu hic mi acimas
Ama acimiyormus ne sevgilerine ne de askina
Okadar cabuk unutuyormus ki

Unutma bi yana kalp vardi senin ici
Aldatildim gun o sundu

Simdi yanlizim her zaman ki gib camda
Ve seni ariyan guzlerim
Unturum demistim ama untuamiyorum Ardı »

Sevgi şerləriBu Qishi Da Saldim Yola - R.Rovshen

Bu qışı da saldım yola
Bu qar da əridi anam.
Qoşulub əriyən qara
Ağlasam yeridi anam.

Dönüb bəxtin üzü bizdən
...kim qutarar bizi bizdən
Bu dünyada özümüzdən
Dərdimiz diridi anam.

Gün bürüdü dörd bir yanı
Baxtıma doğan gün hanı ?
Saatım yoxsa dünyanın
Vaxtından geridi anam ?! Ardı »

Sevgi şerləriMənə bir yalan danış...

Mənə bir yalan danış
İnan ki,inanacam
Yene de ki,sevirsən
Yenə də,aldanacam.

Mənə bir yalan danış
Bir yudumluq içim de
Bir damcı da,utanma
Gözümün içinə de.

Mənə bir yalan danış
Rəngi "ağappağ" olsun
Yeddi qatımdan keçib
Dərimə ortaq olsun.

Mənə bir yallan danış
Ayaq tutub yerisin
Qəlbimdəki buz dağı
Azda olsa ərisin.

Mənə bir yalan danış
Min dənə düzə dəysin
Bir ömürlük "susmağa"
Söhbətə sözə dəysin.

Mənə bir yalan danış
Alım onu qoynuma
Savabı sənin olsun
Günahı mənim boynuma.

Mənə bir yalan danış
İnan ki,inanacam
Yenə de ki,sevirsən
Yenə də,aldanacam. Ardı »

Sevgi şerləriSen Inciyib Getdin 1 Adi Sozden

Ayrildiq demeyin qelbimi deldi,
Sanki ayriliqla isler duzeldi.
Menden ayri qalmaq xosuna geldi?
Sen inciyib getdin bir adi sözden. Son vaxtlar qelbimi yaman sixiram,
Oten gunler ucun cox darixiram.
Gozler qelbin aynasidir, baxiram,
Oxuya bilmirem sevgini gozden. Severdin yagisi , birde Xezeri,
Yagisda gezerdik butun sheheri,
Artiq gorusmuruk o vaxtdan beri,
Yagan yagislarda kusubdu bizden. Denize gedirem, sen inciyenden,
Tekce denizdir ki, incimir menden.
Hemsohbet oluram denizle, senden
Xeber gozleyirem sanki denizden. Sevgimi qelbimde besleyirem men,
Seni addimbasi sesleyirem men.
Geri getirmeyi isteyirem men,
Seni uzaglara aparan izden. Qelbinde hesretden tikib saraylar,
Amil hem esqin, hem seni haraylar,
Sen getdiyin gunden kecse de aylar,
Ne senden xeber var, ne sevgimizden. Ardı »

Sevgi şerləriVefasiz (Sabir Rustemxanli)

Yarimçıq bir eşqdən doymadı ürək,
Yarımçıq bir həyat, de, nəyə qərək ?!
Ayrıyıq, ya birik, bilmirəm, özün de.
Heç kimi qınama, eşqimlə gəl oynama.

Ya qəl, al qəlbimi,
Ya qet, çıx yolumdan!
Eşqim, vəfasızım mənim.

Qəl məndən soruşma, kimdir qünahkar.
Ya sənsən, ya mənəm, fərqi yox, qayıtma,
Qəlbimdə həsrəti oyatma, sən oyatma! Ardı »

Sevgi şerləriYanmaram Daha...

Mən səni bir zaman sevən
könlümün
Sultani sanardım, sanmaram
daha.
Adını müqəddəs bir duyğu kimi
Sevgiyle anardım, anmaram
daha!

Sensiz qaldığıma yəqin ki, şadsan
Mən daha çox şadam, əhdinə
çatsan.
Hardan biləydim ki, sən mənə
yadsan
Eşqinlə yanardım, yanmaram
daha!

Sevən sevənləri pərvanə görür,
Sevda yanğısını divanə görür,
Qəlbini qəlbimə biganə görüb
Heyrətdən donardım, donmaram
daha!

Necə yadlaşmışam, necə bilmirəm
Qəlbimi həmişə yandırır bu qəm.
Ömür möhlət versə bir gül
dərərəm
Tikan budağına qonmaram daha! Ardı »

Sevgi şerləriUmidin Sonu...

Zaman səni məndən alıb apardi,
Daha inanmıram görüşə bilək.
Səni qətrə-qətrə məndən qopardi,
Daha inanmıram görüşə bilək.

Artıq səsinə də həsrət qalmışam,
Zaman donub qalıb,mən qocalmışam.
Ümüdü satmışam,dərd-qəm almışam,
Daha inanmıram görüşə bilək.

İndi xəyalın da yoxluğun kimi,
Hər gün bir az daha üzür qəlbimi,
Göz yaşım anlatır sənsizliyimi,
Daha inanmıram görüşə bilək.

Eşitdim ki,xoşbəxtliyə yetmisən,
Yeni bir eşqin sorağına getmisən,
Qəlbini özgəyə məskən etmisən,
Daha inanmıram görüşə bilək.

Bahar ömrüm həsrətindən saraldı,
Eşqin cəllad olub məndən can aldı,
Dedilər toyundu dünyam qaraldı,
Daha inanmıram görüşə bilək. Ardı »