Sevgi şerləri → Bir De Bele Sevmez Urek ...
Baxışımda tora düşüb cırpınacaq,
Tərlanlara!
Birdə belə sevməz ürək...
Sevgi üçün varlığından qaçaq düşən,
İnsanlara!
Birdə belə sevməz ürək...
* * *
Fani dünya zamanında, gərdişində
Unutmadım olmaz oldu vərdişimdə
Mən ocagam hər közümdə, atəşimdə
Yananlara!
Birdə belə sevməz ürək...
* * *
Qoy bilməsin ürəyimin dəvasıdır
Arzuların nəfəsidir havasıdır
Sevən ürək, bir sevdanın qalasıdır
Dananlara!
Birdə belə sevməz ürək...
* * *
Sındıraraq öz əhdini əzə bilən
Tükənərək sevdasından bezə bilən
Ayaq tutub bu dünyada gəzə bilən
Yalanlara!
Birdə belə sevməz ürək...
* * *
Qəmi oldu xatirimdə mənə qalan
Mən məhkumam, o məhbusdu, ürək talan
Məni ondan onu məndən ayrı salan
Zindanlara!
Birdə belə sevməz ürək... Ardı »