Sevgi şerləri → Deli bir aglamaq kecir konlumden
Yüyürüb-yüyürüb dərə boyunca
Düşüm çəmən ustə qoy üzü quylu
Öpüm bu torpağı, öpüm doyunca
Üzümə üz qoysun hər soyuq daşı
Qoy şehə qarışsın gözümün yaşı
Qurumuş bulaqlar içir könlümdən
Dəli bir ağlamaq keçir könlümdən...
Könlünə dəydigim, incitdigim qız
Vuqar kölgəsində yatdığım bəsdir
Odlu yanağından su içdigim qız
Bu qədər günaha batdığım bəsdir
Daha dodaqların titrəməsin qoy
Mən sənin qarşında titrəyim, əsim
Səndən dünyaları istəmirəm yox
Məni bağışlasan bəsimdir bəsim
Can desən alışıb yana bilərəm
Dön desən yerimdə dona bilərəm
Indi bilmişəm ki ömür-gün gedir Ardı »