Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şerləriBirce Bunu Biliremki Menim Ureyimcesen

Soruşsan ki, söylə nədir
Səni mənə sevdirən?
necə verim cavabını,
Heç bilmirəm necə mən
Deyirəm ki, bahardan xoş,
Gül-çiçəkdən incəsən. Bircə bunu bilirəm ki,
Mənim ürəyimcəsən! Heç bilmirəm sualını
Hara, hara mən yozum?
Əgər mən səmayamsa,
Sənsən ayım, ulduzum
Bülbüləmsə, mən ötərəm
Bu çəməndə səninçün Sən mənimçün yaranmısan,
Mən də, mən də səninçün. Uca-uca bir dağamsa,
Zirvəmdəki qarımsan.
Mən bir bağlı qıfılamsa,
Sən mənim açarımsan.
Demirəm ki, bahardan xoş
Gül-çiçəkdən incəsən. Bircə bunu bilirəm ki,
MƏNİM ÜRƏYİMCƏSƏN! Ardı »

Sevgi şerləriQayitma Ne Olar....

Onsuzda her weyi mehv etmiwik biz
Qayitma ne olar birde qayitma.
Yawanan guhleri unutmuwuq biz
Qayitma ne olar birde qayitma.
Bir daha geriye donen deyilem
Men senin oduna yanan deyilem
Qarwinda bu qeder sinan deyilem
Qayitma ne olar birde qayitma.
Bele oyunlari istemirem men
Oyunlu anlari istemirem men
O senli gunleri istemirem men
Qayitma ne olar birde qayitma.
Sevdanin alovu sonubdur artiq
Ureyim soyuyub donubdur artiq
Qelbime deymisen sinibdir artiq
Qayitma ne olar birde qayitma! Ardı »

Sevgi şerləriMen Nece Yasayim Olu Gunleri?!!

Sən məni təkliyin aldın əlindən,
Təzədən təkliyə düçar eylədin.
Özün kövrəkliyin alıb əlindən,
Özün kövrəkliyə düçar eylədin...

Ömrümün, günümün bu qürub çağı,
Ruhumda baharı göyərdə bildin.
Könlümdə qaralan odu, ocağı,
Təzədən yandırıb közərdə bildin.

Təzədən açıldı qolum, qanadım,
Təzədən od saldım sənin odundan.
Hətta saçlarıma məhəl qoymadım,
Hətta yaş həddi də çıxdı yadımdan.

Qələmi, dəftəri qoydum bir yana,
Az qala ilhamı yaddan çıxartdım.
Səpdim günlərimi ayaqlarına,
Adınla oyandım, adınla yatdım...

Demə bu məhəbbət, demə bu sevgi,
Ötəri hiss imiş, ötəri həvəs.
Yox imiş təməli, yox imiş kökü,
Dəyəri bir qara qəpiyə dəyməz.

Özün bu sevdaya sövq etdin mni,
Sonra öz əlinlə özün dağıtdın,
Özün hicrana öyrətdin Ardı »

Sevgi şerləriQeyb olan illərim

İllər gərək, uzun illər,
bu sevgini unutmağa.
Nəsibim göz yaşı oldu,
göz yaşını qurutmağa.

Başqa sevgi axtarmadım,
dedim sevginin özüsən.
Görərək, kor oldu gözüm,
sən ki, sevginin gözüsən.

Artıq uzun illər ötüb,
sevə- sevə qocalıram.
Bəlkə sən unutmamısan,
mən gözündə ucalıram.

İtirərək ümidləri,
indi sevgimi gəzirəm.
Son ümidə aldanaraq,
ayrılığa müntəzirəm.

Dinib danışa bilməyib,
niyə lal olub bu sevgim.
Dönüb gözəl bir çiçəyə,
bilmədim, solub bu sevgim.

Hər görüşə olan ümid,
qəlbimin ağrısı olub.
Səni gözlədiyim illər,
ömrümün yarısı olub.

Xatırlayıb kədərlənmə,
demə ki, ölüb sevgimiz.
Qəlbinə aparan yolu,
ikiyə bölüb sevgimiz. Ardı »

Sevgi şerləriSoluk Yuzler

SOLUK YÜZLER

SOLUK YÜZLER

BİR YOL ÜZERİNDE NE BİR İNSAN NE BİR CANLI
BİR YOL ÜZERİNDE ANILARIYLA YÜZLEŞEN UFAK BİR ÇOCUK SANKİ SAKLI
VE ODANIN KAPISI AÇIK
BU BENİM DÜNYAM DERCESİNE
ÇÜNKÜ YOLDA YÜRÜYEN YOK , İSTESEDE OLMICAK DERCESİNE.
ENGELLERLE DOLU OLAN O YOL………

BİR YOL,
KÜÇÜK ÇOCUK KAPININ DIŞARISINDA YİNE TEK BAŞINA AYNEN SENİN VE BENİM GİBİ YÜZÜ SOLUK VE SAKLI
YUKARIDA AÇIK KAPI KARŞISINDA BİR DE KAPALI KAPI
İÇERDE SOLUK YÜZLER, İSTESELERDE DEĞİŞMİCEK O RENKLER.
GECENİN GÜNDÜZE GÜNDÜZÜNDE GECEYE BAĞLANDIĞI O ANDA SOLUK YÜZLER……
NE SENDE NEDE BENDE ASLA ANLANMIYACAK YÜZLER……….

TATLI NASIL ACIYI HİSSTTİRİRSE BELKİDE BURUK BİR KISKANÇLIK ÖRNEĞİ O YÜZLER……
BİR YOL ÜZERİNDE NE BİR İNSAN NE BİR CANLI

SADECE Ardı »

Sevgi şerləriHESRET...

Hər şeyin əvvəlli,birdə sonu var,
Mənim bu eşqimdə son olmayacaq .
Bizi ayırsa da keçilməz divar,
Ürəyim həsrətdən yorulmayacaq.

Alnımda artacaq qırışın sayı,
Həsrətdən od tutub yanacaq könlüm.
Sənsiz yola salıb baharı,yayı,
Şaxtada,çovğunda donacaq könlüm.

Bütün ümidimi üzsəmdə səndən,
Üzdə şadlanaraq gülecəyəm mən.
Gerçəkdə inciyib küssəm də səndən,
Röyada yanına gələcəyəm mən

Ömür yollarında əsəndə yellər,
Basım dik duracaq,əyilməyəcək.
Ötəcək fəsillər,ötəcək illər,
Dərdimi bir tanış,dost bilməyəcək.

Bu eşqin qəbrədək qalacaq izi,
Saçimda çoxalan dən olacaqsan.
Yanımda hər zaman başqa birisi,
Qəlbimdə əbədi sən olacaqsan... Ardı »

Sevgi şerləriGetdin Amma...

Getmə dedim dinləmədin
Məni tənhalıqda qoydun
Mən heç səndən gözləməzdim
Məni yalnız qoyub getdin.

Bilmirdim ki aldadırsan
Sənə mən çox inanırdım
Sən demə mən yanılmışam
Sadəlöhvəm aldanmışam.

Getdiyin o gündən bəri
Oldu sevgim nifrət dolu
Bilməyirdim olar sonu
Sevginin xəyanət dolu. Ardı »

Sevgi şerləriDaha Gec Olar

Senden ayrilali çox sinixmiwam.
Bilsem üreyim nece qem çekib.
Tek-tenha oturub,çox aglamiwam.
Yanagim qiriwib,derim nem çekib.

Yadima düwdükce keçen xow günler.
Eriyir üreyim,ruhum mum kimi.
Qabaqda görünen sensiz bow günler.
Kesib qabagimi uçurum kimi.

Bir vaxtlar eledin mene xeyanet.
"Getme,qal"demeye dilim gelmedi.
Tapmadim özümde zerre cesaret.
Öldürmek istedim,elim gelmedi.

Ey vefasiz gözel,get xowbext yawa.
Baxmaki,menümçün yaman güc olar.
Haçansa sehvini düwende bawa.QORXURAM HEMÌN VAXT,DAHA GEC OLAR. Ardı »