Sevgi şerləri → Sən Elə Yerdəsən Ki...
Mən bir nakam yazıyam alnında, ovucunda,
Poza bilmir göz yaşın,
Yuya bilmir yağışlar.
Asılıb barmaqlarım saçlarının ucundan –
Ya bir ölüm hökmü kəs, ya ömürlük bağışla...
...Gündüzlərim mürgülü, yuxularım qarışıq -
Sən elə yerdəsən ki...
Qoparıb atmaq olmur...
Sən keçilməz yolların sonucunda bir işiq,
Yollar düyünə düşüb,
Geri qayıtmaq olmur.
Nə səndən ayrı qalmaq,
Nə sənə çatmaq olmur... Ardı »