Sevgi şerləri → Ayrilmayaq
Gəl, ört pəncərəni, qalaq üz-üzə,
Bir sən ol, bir də mən, bir də gözlərin.
Vüsal qərq olurkən hicran-dənizə
Ağ bir yelkən olsun o son sözlərin. Bir sən ol, bir də mən, bir də dərdimiz,
Ağlayaq doyunca, gülək doyunca.
Baş-başa qaldıqca bu möhnətdə biz
Döysün qapıları külək doyunca. Döysün qoy, açmayaq, yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir an vüsalınla çırpınsın ürək,
Sonra... sonra yenə biz ayrılmayaq. Ardı »