Sevgi şerləri → Bilki unuda bilmədim
Mən, arxandan yalnız baxdım.
Halbuki; söyləyəcək o qədər çox şeyim vardı ki...
" yaxşıya dair nə varsa içimdə itirəcəyəm hamısını.
sönəcək içimdəki atəş
və bir daha heç kim yandıra bilməyəcək.
qaranlığa məhkum edəcəksən günlərimi
O qaranlıqda yolumu itirəcəyəm" deyəcəkdim sənə.
Danışa bilmədim...
Getdin...
Gedişini görməmək üçün gözlərimi bağladım
Elə ağrıydığı içim, tutub qoparsadılar qolumu
qıçımı bu qədər acı duymazdim
Ağrım yaş olub axmalı idi gözlərimdən.
Ağlaya bilmədim...
Getdin...
Gedişini önləmək üçün tutmaq vardı əllərindən
Əllərim deyil idimi hər toxundugumda səni ürpərdən?
Ürpərdin yenə bilirəm.
Bir dəfə toxunsam bir dəfə tutsam əllərini
Getmək üçün yığdığın bütün cəsarətin itərdi.
Tuta bilmədim.
Getdin...
Bir dağıtma kimi idi gedişin
Sən addım-addım uzaqlaşarkən məndən
Çöküb qaldı bədənim olduğu yerə
Nə qədər tərk edişlərə dözən ürək bu dəfə məğlub olmuşdu
Bu qədər Ardı »