Sevgi şerləri → Darixdim Senin Ucun
Darıxdım sənin üçün…
Saatların gecə yarısını çoxdan vurub keçdiyi, sabaha başladığımız dəqiqələr…
mən sənin üçün darıxdım.
Adımı qulağıma heç pıçıldamadın.
Mənə məni sevdiyini də heç söyləmədin ki…
əlimi heç tutdunmu?
ya da gözlərimiz birləşdimi?
Radioda, bir sonra çalacaq mahnını mənə tutub, sözlərini bəyənmədiyində, "bundan sonrakı mahnı bizim olsun" filan dedinmi?
ya mən…
səni düşünüb, sənin içində olduğun...o yuxusuzluq girdabında, zorla yuxulara axışımda səni görmək üçün çırpınıb, amma səndən başqa hər kəsi gördüyüm yuxularımda…
nəsə…
bəzən əl-ələ yaşanmaz sevdalar
gözlərdə görüşülməz…
saat keçmiş… ya da səhərmiş…
bilə bilməzsən.
Sən bir yerlərdəsindir
mən başqa yerlərdə…
mən şeirlər oxuyum sevdalar üzərinə
sən…
gözlərində mahmur baxışlar, və ağılında mən olmadan, sabahın təlaşıyla…
amma…
bilə bilmərəm ki…
Biz bir şeyləri yaşamaq istəyərkən nə çox yaşanacaqları qaçırdıq Ardı »