Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şerləriYeNe De SeN___

Uzumu tutmusam mavi
denize
Belkede ne vaxtsa gelecen
deye
Sahilde dayanıb deyirem
sene,
"Geri don sevgilim geri don
mene"

"Soyle mene ey deniz"
Deye sual etdim mavi
gozlume
"Yarım necedir mensiz??
Ne olar duzune de sen mene"

Serin bir kulek esdi uzume...
Saclarımı oxsadı duz senin
kimi
Sen sefeq sacdın menim
omrume,
Sonra da puc oldun xeyallar
kimi...

Dozulmez agrı verdin sen
ureyime
Qurumaz yaslar verdin sen
gozlerime
Sonu olmayan hesret verdin
qelbime
Dolgun lepelerden sorusdum
seni Ardı »

Sevgi şerləriHər şey yarım qaldi....

Sən getdin
Hər şey yarim qaldi....
Sevgi məndə həsrət səndə
Toxunmaq istəsəm sənziliyə
Qoxun məndə mən səndə....

Yazdım səni unudulmazliğa
Çəkdim səni sonsuzluğa
Yuxular yalan...
Yaşananlar yalan...
Sən getdin
Hər şey yarim qaldi...
Sən yoxsan artiq
Hər şey yarım qaldi...

Neçə fəsil gəlib keçdi təqvimlərdən
Neçə dəfə yağiş yağdi otağimin şüşələrinə
Neçə dəfə payiz axşamlarinda üşüdüm sənsiz
Neçə dəfə bir qəhrəman kimi məğlub etdim yoxluğunu...
Və neçə qələm qirdim səhəfələrdə, saymadim...

Gecələri ulduzlara neçə dəfə yalan söylədim SƏNİ SEVİRƏM deyə....
Gecə yarilari neçə dəfə gözlədim mən səni gəlmədin...

Qağayilar lağ edər kimi dənizə sərdilər təkliyimi
Gəmilər tək, tək günbatimina boğulub gedir...
Oxuduğum romanlarda belə, təkliyim vardi bilməzsən...
Neçə dəfə adini yazdim ağac gövdələrinə...
Hər gün neçə dəfə darixdim günəşdən əvvəl
Gecələri neçə dəfə küçə işiqlarina Ardı »

Sevgi şerləriAnamin Xatiresine....

Anamın xatirəsinə


Səndən sonra
Göz yaşları ovutmadı məni...
Göz yaşlarına alışdım.
Səndən sonra
qəbristan yolları qorxutmadı məni...
Başdaşlarına alışdım…
Əzaba,
ağrıya,
acıya,
İçdən gələn
Bir təsəlliyə möhtac qalmağa,
Alışdım
Kədərlə qol-boyun olmağa…
Ayrılıqlara alışdım…
Səndən sonra…

***

Sənlə bağlı xatirələrim
Nisgil dolu…
Göz yaşlarına
Və titrək əllərinin
Sığalına sığınmış uşaqlığım…
Qaranlıq və bozumtul
Qatar dayanacaqlarında
Başlayan və bitən ayrılıqlar…
Hər dəfə səndən ayrılıb
Məsum gülüşlərimi
Əzaba çevirən,
Ruhumu zorlayan
Bu tozlu, küləkli
Şəhərə üz tutanda
Yağış yağardı nədənsə…
Lap hind filmlərində
Olduğu kimi…
Hər dəfə
Səndən ayrılanda
Qaranlıq düşərdi
Perrondakı
Solğun lampaların işığında
Saçlarının necə ağardığı
Daha aydın görünsün deyə…

***

Sənlə bağlı xatirələrim
Ayrılıq qoxuyur…
Qaranlıq bir otaqda,
Lampa işığında
Saçları gecə kimi qapqara
Bir qızın
Xatirə kitabına yazdığım
İlk sevgi şeirləri kimi…
…Aldılar əlimdən…
Saralmış fotolardan
Gülümsəyən uşaqlığımı…
Ayrılıqlara üzülməyimi
Aldılar əlimdən…
Səndən sonra...
Alışdım qatar dayanacaqlarına,
Gözləmə salonlarına,
Sonu görünməyən yollara…
Ünvansız mənzillərdə
Edam olunan günlərimin
İniltisinə…
Alışdım
Səndən sonra
Titrək əllərimi
Ovcunda isidəcək
Bir kimsəm olmadı…
Bu şəhərin
Küləyinə,
Tozuna,
Qarına Ardı »

Sevgi şerləriNə edim mən səni sevə bilmədim.

Sevgidən ürəyi yaralı quşam,
Bağışla sevgini görə bilmədim,
Həsrətdən çatlayan qoca bir daşam
Nə edim mən səni sevə bilmədim.

Qara bir gecənin boz səhəriyəm,
Acı bir həsrətin saz dəlisiyəm,
Yad sevdadan qaçağam yol hərisiyəm
Nə edim mən səni sevə bilmədim.

Nakam ömrüm tənhalığa alışqan,
Göz yaşına,dərdi-qəmə alışqan,
Bu ruhum ögeyliyə alışqan
Nə edim mən səni sevə bilmədim.

Söykənib eşqinə yaşamaq olmur,
Sənin ürəyinə sığınmaq olmur,
Qəlbimlə nəfəsinə sarılmaq olmur
Nə edim mən səni sevə bilmədim.

Qara taleyimin ağ vərəqləri,
Solğun baharımın tər çiçəkləri,
Çəkib ürəyimdən sən get əlini
Nə edim mən səni sevə bilmədim. Ardı »

Sevgi şerləriSəni Sevdiyimi Deyə Bilmirəm

Bu sevgi yolunda qaldım biçarə
Yaxındasan ya uzaqda bilmirəm
Gəlib sənə çatsam yenə nə çarə
Yenə sevdiyimi deyə bilmirəm

Əlini tutanda titrəyir əlim
Bir kəlmə söz üçün tutulur dilim
Çətin ki olasan mənim sevgilim
Çünki sevdiyimi deyə bilmirəm

Vaxtilə od idim indi sönürəm
Gözünə baxanda qəmi görürəm
Hər səni görəndə inan ölürəm
Bircə sevdiyimi deyə bilmirəm

Dünya ilk günündən belə qurulub
Sevənin həmişə boynu burulub
Dərdli qəlbim həsrətindən yorulub
Səni sevdiyimi deyə bilmirəm Ardı »

Sevgi şerləri"Senden Istiyirem Temiz Ayrilim"

Senden istiyirem temiz ayrilim,
Geceler yuxumdan cixib gedesen.
Dunyandan dunyama dogru yol alim,
Varimdan,yoxumdan cixib gedesen.

Lap senin derdine belensem bele,
Yas kimi gozunden cilensem bele,
Her yerde sevgimi dilensem bele,
Cekdiyim ahimdan cixib gedesen.

Qelbinde zerre de izin qalmasin,
Mene deyilesi sozun olmasin,
Istiyir,bu canim sensiz aglasin,
Canimdan,ruhumdan cixib gedesen.

Gozumde sevincim,sevgide nazim,
Arzumda umidim,urekde sizim,
Qisi cox yasadim,hardasan yazim?
Azimdan,coxumdan cixib gedesen.

Min dene gozelden sendin secdiyim,
Sevinc yiga-yiga,qemi bicdiyim,
Ezeden qelbimde sevgi ekdiyim,
O denden,toxumdan cixib gedesen Ardı »

Sevgi şerləriMen Xosbext Deyilemki...

"Men xosbext deyilemki..." (Xezer Suleymanli)

Mən xoşbəxt deyiləm ki...
Sadəcə xoşbəxt kimi,
Görünürəm əzizim...
Yaşaya bilmirəm ki...
Yaşamağa can atıb,
Sürünürəm əzizim...

Bu yaşamaq deyil ki?!
Sənsizlik elə bil ki,
Qanadları qırılan,
Zirvələrdən atılan,
Quş olmaqdır əzizim...
İçin-için ağlayıb,
Boşalmaqdır əzizim...

Bu yaşamaq deyil ki?!

Getməyinə səbəb var...
Məndən uzaqlaşırsan,
Sonuma cixmaq üçün...
Mənsə vaxt ayırmışam,
Bir az səni düşünmək,
Bir az darıxmaq üçün...

Səndən sonra dedilər,
Ağlını yiğ başına,
Get özünə gün ağla...
Mən də əməl edirəm...
İndi keçir hər günüm,
Hər gecəm ağlamaqla...

Bu yaşamaq deyil ki...
Yaşayan adam kimi,
Görünməkdir əzizim...
Əslində bunun adı,
Sürünməkdir əzizim... Ardı »

Sevgi şerləriMənimki söz qəsri, söz qalasıdı

Yoxdu yaş qorxusu sevilənlərə,
Doxsanın içində, yüzün içində.
Ürəyin nə qədər arzuları var,
Nə qədər istək var gözün içində.

Nə naxış gərəkdi, nə zər, daşıma,
Tale yazdığını yazar daşıma.
Söz olsun yaraşıq məzar daşıma,
Siz məni basdırın sözün içində,

Mənimki söz qəsri, söz qalasıdı,
Söz Babək qalası, Bəzz qalasıdı.
Qalsa Zəlimxandan söz qalasıdı,
Yatanda kəfənin, bezin içində. Ardı »