Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

M hərfiYuxuda Miras görmək

Yuxuda miras almaq arzularınızın uğurlu və asanlıqla həyata keçəcəyinə işarədir. Belə yuxu tezliklə yaxşı görülmüş işə görə dərindən sevinəcəyinizə işarədir. Yuxuda miras əlinizdən alınıbsa, bu, həyat tərzinizə daha tənqidi yanaşmalı olduğunuza işarədir. Qadın üçün belə yuxu həyatına mənfi təsir göstərən arzuolunmaz hərəkətlərə işarədir. Ardı »

M hərfiYuxuda Makaron görmək

Yuxuda çoxlu makaron görmək sizin çox böyük qənaətlə pul toplamağa müvəffəq olduğunuza işarədir. Gənc qadın üçün belə yuxu o deməkdir ki, həyatına tanımadığı insan girəcək. Yuxuda makaron qaynatmaq böyük itki və bədbəxtliyə işarədir. Yuxuda makaron qaynatmısınız və onlar bir-birinə yapışıbsa bu, yeri doldurulmaz itkiyə işarədir. Yuxuda makaron yemək o deməkdr ki, çətinləşən işinizi qaydaya salmaq üçün çox işləməlisiniz. Belə yuxunu görən yaradıcı insan öz planlarını gerçəkləşdirmək üçün uzun müddət işləyəcək. Yuxuda makaronu qırmızı sous və əlavə nə iləsə yeyirsinizsə, bu, məqsədə çatmaq üçün getdiyiniz yolda maneələrə rast gələcəyinizə və təklikdə onu çətinliklə dəf edəcəyinizə işarədir. Ardı »

M hərfiMEYVƏ

Röyada meyvə ağacı görmək-hamı üçün ürəkaçan bir iş görməyə, sərvətin və etibarın yüksələcəyinə işarə sayılır. Bu röya bütün meyvələr üçün eyni şəkildə yozulur. Yuxuda dadlı meyvə görmək-ruzini , mənfəəti və faydalı elmi ifadə edir. Köhnə meyvə yemək də ruziyə və elmə yozulur. Gözəl və xoş ətirli meyvələr olan bir ziyafətdə iştirak etmək, ancaq hec birinə əl vurmamaq-xeyrə əlamətdir. Yetişməmiş, kal meyvə-tələsik, düşünülməmiş bir hərəkətdən ortaya çıxacaq təhlükəyə; dəymiş meyvə-gecikməniz ucbatından işinizin tərs gedəcəyinə işarədir. Yuxuda görülən meyvənin rəngi solğun olarsa, xəyanət üzündən ziyana uğrayacaqsınız. Ardı »

M hərfiYuxuda Mamır görmək

Yuxuda mamır görmək o deməkdir ki, özünüzü asılı vəziyyətdə hiss edəcəksiniz; mamır məhsuldar, münbit torpaqda bitirsə, sizi ehtiram, şərəf və rütbə gözləyir. Ardı »

M hərfiMEBEL

Cavan kişinin yuxuda ev üçün ev əşyaları alması, atması, yaxud ona hədiyyə edilmiş əşyalara baxdığını görməsi, o, ürəkaçan bir iş uğrunda mübarizəyə qoşulacaq. Bu röya orta yaşlı kişilər üçün-işlərini öz yoluna qoyacağına; ərə getməmiş qadın üçün-tezliklə ərə gedəcəyinə; evli qadın üçün-xoş bir əyləncəyə yozulur. Boş və mebelsiz evdə gəzmək-şəraiti pis olan bir evə daşınacağınıza işarədir. Mebelle dolu bir evdə boş otaq görməkisə-ümidlərinizin boşa çıxacağının ifadə edir. Ardı »

M hərfiMÜHASİRƏ

Röyada ətrafə düşmənlər tərəfindən sarılmış olan bir kimsə gündəlik yaşayışını düzəltməli, dost-tanışı daha diqqətlə tələbkarlıqla saf-çürük edib seçməlidir. Ardı »