Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

L hərfiYuxuda Layner görmək

Yuxuda yelkənli layner görmək işlərinizin müsbət istiqamətə dəyişəcəyinə işarədir. Belə yuxu sevgililər üçün xoşbəxtliyə işarədir. Ardı »

L hərfiYuxuda Lazer görmək

Yuxuda lazer şüalarının köməyi ilə əməliyyat aparmaq – siz çox tez-tez dostlar və yaxınlarınızın dəstəyinə bel bağlayırsınız, buna görə də müstəqil qərar verməkdə çətinlik çəkirsiniz. Başqalarının məsləhətləri və köməyindən sui-istifadə etməyin. Lazeri dağıdıcı məqsədlərlə istifadə etmək – belə yuxu açıq ifadələr və emosiyalardan xəbərdar edir. Yuxuda lazer nişanlı silahdan istifadə etmisinizsə, həqiqətdə sizi gözləmədiyiniz adam tərəfindən yalan və hiylə gözləyir. Ardı »

L hərfiLezbian görmək

Yuxuda lezbianla ünsiyyətdəsinizsə, bu yuxu dərhal yeni iş təklifləri alacağınıza işarədir. Yuxuda lezbian olmaq o deməkdir ki, bütün dostlarınız sizdən üz döndərəcək. Yuxuda öpüşən lezbianlar görmək sizin ciddi problem yaşayacağınıza və bundan məharətlə qurtulacağınıza işarədir. Gənc qız yuxuda özünü lezbian kimi görürsə, belə yuxu onun tənhalıqdan və kişi qayğısından uzaqda olduğuna, lakin vəziyyəti düzəldə bilmədiyinə işarədir. Yuxuda qızınızın lezbian olduğunu görmüsünüzsə, bu, real həyatda uşaqlarınıza kifayat qədər vaxt ayıra bilmədiyinizə və bundan məyus olacağınıza işarədir. Ardı »

L hərfiLÜĞƏT (sözlük)

Röyada açıq lüğət kitabı görmək-əzmkar və diqqətli olmağınız sayəsində çoxlu pul qazanacağınıza işarədir. Bağlı lüğət kitabı-dostlarınızın haqqınızda söylədiyi gurultulu sözlərə və təriflərə uymamağın gərəkliyini ifadə edir. Ardı »

L hərfiLotereya görmək

Yuxuda lotereyaya böyük maraq göstərdiyiniz görsəniz, bu gözəl bir səyahətə imkan yaradacaq iş quracağınıza işarədir. Yuxuda xoşbəxt lotereya bileti görmək birjada udacağınıza, lakin bunun sizə narahatlıq gətirəcəyinə işarədir.Yuxuda başqalarının udduğunu görmək tezliklə maraqlı və şən insanlarla əyləncədə olacağınıza işarədir. Yuxuda lotereyanı uduzmusunuzsa, pisniyyətli insanların qurbanına çevriləcəksiniz və depressiyaya düşəcəksiniz. Gənc qadın yuxuda lotereya görübsə, bu o deməkdir ki, onun yüngül hərəkətləri peşmançılıq və məyusluğa gətirib çıxaracaq və əri etibarlı olmayacaq. Yuxuda lotereya görmək mümkün yalan və tələyə düşçə ehtimalına işarədir. Qız üçün belə yuxu ümidlərinin boşa çıxacağına işarədir. Ardı »

L hərfiLampa görmək

Yuxuda yağla doldurulmuş lampa görmək məmnun qalacağınız iş fəallığına işarədir. Boş lampa depressiya, ümidsizlik və məyusluğa işarədir. İşıqlı, alışıb yanan lampa görmək layiq olduğunuz uğur və ailə xoşbəxtliyinə işarədir. Əgər lampa zəif işıq verirsə, real həyatda sizə qısqanclıq və həsəd, şübhələr əziyyət verəcək və bu hisslərinizi sizin bədbəxtliyinizə səbəb olan adama tökdükdən sonra rahatlanacaqsınız. Yanan lampanı əlindən yerə salmaq o deməkdir ki, real həyatda planlarınız uğursuzluğa düçar olacaq, arzularınız həyata keçməyəcək. Lampa yuxuda partlayırsa, əvvəlki dostlarınız sizin maraqlarınıza zərbə endirmək üçün düşmənlərinizlə birləşəcəklər. Sınıq lampa qohum və ya dostunuzun ölümünə işarədir. Yuxuda lampanı yandırmaq işlərinizdə sizə gəlir gətirəcək gəlirə işarədir. Lampa Ardı »

L hərfiYuxuda Lak görmək

Yuxuda dırnaqlarını lakla boyamaq o deməkdir ki, gözəl həyata can atmaq səmərəsizdir. Sizin belə həyatı yaşamaq üçün kifayət qədər pulunuz yoxdur. Gənc qız üçün belə yuxu sevgilisi ilə çox maraqlı gecəyə işarədir. Dırnaqdan lakı silmək o deməkdir ki, siz pis adamla tanış olacaqsınız. Yuxuda saçınıza lak vurursunuzsa, səyahətiniz uğursuz tamamlanacaq. Yuxuda lak almaq – gözlənilməz itkilərə işarədir. Ardı »

L hərfiLent görmək

Yuxuda kiminsə paltarından asılan lent görmək yaxşı əlamətdir, sizi şən və yaxşı dostlar və ehtiyac içindən asanlıqla çıxma gözləyir. Qız yuxuda özünü lentlə bəzəyirsə, bu o deməkdir ki, uzun müddətdən bəri gözlədiyi evlilik təklifini alacaq; lakin yüngül xasiyyəti onun səhv etməsinə gətirib çıxara bilər. Əgər o, yuxuda başqa qızların lentlə bəzəndiyini görübsə, bu o deməkdir ki, onun gələcək ərinə göz qoyan rəqibləri meydan çıxacaq. Qız yuxuda lent alırsa, həyatı xoş və asan keçəcək. O, lentlərdən razı deyilsə, hirslənibsə, deməli, tezliklə yaxın dostlarının əhatəsində rəqibini aşkar edəcək. Ardı »