L hərfi → LOVĞA, ƏDABAZ ADAM
Yuxuda lovğa və ədabaz bir adam görən şəxs ətrafındakıların sevgisini və etibarını qazanacaq, çətinbir mübarizədən zəfərlə çıxacaq, sevgisi qarşılıqlı olacaq, sağlığı (səhhəti)düzələcəkdir. Ardı »
Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən
Yuxuda lovğa və ədabaz bir adam görən şəxs ətrafındakıların sevgisini və etibarını qazanacaq, çətinbir mübarizədən zəfərlə çıxacaq, sevgisi qarşılıqlı olacaq, sağlığı (səhhəti)düzələcəkdir. Ardı »
Röyada lehimçi-tənəkəçi görmək-qadının xəstələnəcəyinə işarədir. Ardı »
Çox pis bir xəbər alacağına işarə sayılır. Ardı »
Yuxuda dostunuza və ya başqasına laqeydsinizsə, bu o deməkdir ki, sevgi axtarışlarınız sizin qaraqabağlığınız və kəskin xoşagəlməz hərəkətlərinizə görə uğurla nəticələnməyəcək. Yuxuda sizə qarşı laqeyddirlərsə, real həyatda uğursuz qismətinizə təəssüflənmək üçün səbəbləriniz yaranacaq. Ardı »
Yuxuda laboratoriya görmək o deməkdir ki, öz qüvvənizi lazımi istiqamətə yönəldəcəksiniz. Gənc insanlara belə yuxu uğurlu peşə seçiminə işarədir. Yuxuda laboratoriyadasınızsa, sizi çoxdan bəri can atdığınız hörmət, nüfuz gözləyir. Yuxuda özünüzü laboratoriyada kimyagər kimi görmüsünüzsə, bu, sizin sonda istənilən nəticəni verməyəcək işə çoxlu enerji sərf edəcəyinizə işarədir. Laboratoriyada elmi təcrübələr aparmaq o deməkdir ki, yaxın günlərdə öz vəziyyətinizi yaxşılaşdırmaq üçün heç nə edə bilməyəcəksiniz. Yuxuda təcrübənin uğurla tamamlandığını görsəniz, işlər axıra qədər belə getməyəcək. Ardı »
Yuxuda dırnaqlarını lakla boyamaq o deməkdir ki, gözəl həyata can atmaq səmərəsizdir. Sizin belə həyatı yaşamaq üçün kifayət qədər pulunuz yoxdur. Gənc qız üçün belə yuxu sevgilisi ilə çox maraqlı gecəyə işarədir. Dırnaqdan lakı silmək o deməkdir ki, siz pis adamla tanış olacaqsınız. Yuxuda saçınıza lak vurursunuzsa, səyahətiniz uğursuz tamamlanacaq. Yuxuda lak almaq – gözlənilməz itkilərə işarədir. Ardı »
Yuxuda laboratoriyada işləyirsinizsə, bu, ətrafdakıların sizə qarşı hörmətinə işarədir. İstədiyinizə nail olacaqsınız. Yuxuda işə laborant götürmüsünüzsə, bu yuxu sizin sonda istənilən nəticəni verməyəcək işə çoxlu enerji sərf edəcəyinizə işarədir. Gənc qız yuxuda laboranta aşiq olduğunu görübsə, bu, xoşagəlməz söhbətlərə işarədir Ardı »
Röyada leylək görmək yolçuluğa, səfərə yozulur, eyni zamanda, toplantı və ortaqlığı sevən kimsələri ifadə edir. Qış aylarında leyləkləri bir yerə toplanmış görmək-oğurluğa və ya yol kəsməyə, düşmənlə savaşa, havanın soyuq olmağına, üzüntü və iztiraba içarədir. Leyləklərin dağınıq olduğunu görmək-səfərə çıxmaq istəyən, yaxud səfərə ərəfəsində olan adam üçün xeyrə əlamətdir. Röyada leylək görmək-evə qonaq gələcəyini də ifadə edir. Ardı »