Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

H hərfiHEBƏ

İki qardaşa, ər-arvada, iki uşağa və ya iki günüyə işarədir. Bir kimsə yanında heybə olduğunu, heybə satın aldığını və ya ona heybə hədiyyə edildiyini görərsə, bu yuxu-səfəri, üzüntü və kədərədn uzaqlaşmağı ifadə edir. Ardı »

H hərfiYuxuda Hıçqırıq görmək

Yuxuda hıçqırmaq o deməkdir ki, siz uğura gedən yolda özünüzə əngəllər yaradırsınız. Yuxuda hıçqıran adam görmək o deməkdir ki, həyatda çətinliklər və böyük məyusluqla üzləşəcəksiniz. Gənc qız üçün belə yuxu onun xarici, yaxud varlı, amma axmaq bir insana ərə gedəcəyinə işarədir. Yuxuda başqa insanların hıçqırığını eşitmək həyəcan və şübhələrinizin əsassız olduğuna işarədir. Yuxuda hər cür yolla hıçqırığınızı dayandırmaq istəyirsinizə, bu cəmiyyətdə mövqeyiniz və vəziyyətinizin hiss olunacaq dərəcədə pisləşəcəyinə işarədir. Bu yuxu pis nəticə ilə mübarizəyə işarədir. Ardı »

H hərfiHƏZM (sinirmək)

Yuxuda yediyiniz yeməyi həzm etmək, sinirmək-sənətinizdə diqqətli və çalışqansınız. Yeməyi tamam sinirmək-hər cür qorxudan qurtarmağa və hər işdə nəşəli və sevincli olmağa yozulur. Ardı »

H hərfiYuxuda Həvva görmək

Yuxuda Adəm və Həvvanı görmək işlərinizdə uğur qazanmaq üçün narahat hadisələrə işarədir. Əgər yuxuda əncir yarpağı ilə örtülmüş Adəmi və çılpaq Həvvanı görmüsünüzsə, həyatda xəyanət və taleyin zərbəsindən qorunmalısınız. Əgər yuxuda Həvva ilanla danışıbsa, həyatda sizin adınızı ləkələyəcək və həyatınızı korlayacaq xain qadından qorunun. Yuxuda gənc qadın özünü Həvva kimi görürsə, bu onun həyatda ehtiyatlı olmasına xəbərdarlıqdır. O, öz ulu nənəsindən daha ağıllı ola bilər, lakin şeytanlar tez-tez yaraşıqlı kişi cildində görünürlər.



Sizi pis yola yönəltmək istəyirlər. Ardı »

H hərfiYuxuda Həkim görmək

Əgər gənc qadın yuxuda həkim görübsə, bu o deməkdir ki, boş-boş əyləncələrə görə öz gözəlliyini qurban verə bilər. Əgər o, həqiqətən xəstədirsə və belə yuxu görürsə, bu zaman onu tezliklə öhdəsindən gələ biləcəyi xəstəlik və narahatlıq gözləyir. Ardı »