Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

H hərfiHAYQIRMAQ

Röyada bir topluluğa hayqırdığını görən adam sərvətə qovuşacaq, baxtı açılacaq. Röyada hayqırmaq-bir fitnəni, ya da xəstəliyi ifadə edir. Yuxuda yalqızca, təkcə bağıran adamın çılğınlığı get-gedə sozalar, qüvvəti zəifləyər. Ardı »

H hərfiYuxuda Hava görmək

Yuxuda havaya diqqət yetirmək uğurun azmüddətli olacağına işarədir. Bəxtinizin gətirdiyi anlar gözlənilmədən şübhələrə və acı kədərə çevrilə bilər. Yuxuda hava haqqında məlumatı oxuyursunuzsa, bu o deməkdir ki, uzun müddət fikirləşdikdən sonra yaşayış yerini dəyişə bilərsiniz. Bu köçmədən yalnız udacaqsınız. Yuxuda hava proqnozu verən şəxsi görmək evdə hüznlü hadisələr baş verəcəyinə işarədir.

Bu yuxu onu görənlərə yaxşı heç nə vəd etmir. Yuxuda qaynar hava ilə nəfəs aldığınızı görmüsünüzsə, bu o deməkdir ki, sizi zorla pisliyə cəlb etmək istəyəcəklər. Soyuq hava ilə nəfəs almaq işlərinizdə qarışıqlıq və evdəki münasibətlərinizdə çətinliklərə işarədir. Nəm, rütubətli havanı hiss etmək bədbəxt, xoşagəlməz hadisələrə, həyata və özünüzə inamı itirməyinizə Ardı »

H hərfiHARUN ƏLEYHİSSƏLAM

Röyada Harun peyğəmbəri görən adambir kimsəyə vəkillik edəcək, onun ucbatından başı müsibət və bəla çəkəcək, lakin sonunda xeyrə qovuşacaqdır. Yaxud qəddar və zalım adamlar onun qarşısında qəhr olacaqdır. Səfərə çıxmaq istəyənlər üççn yuxuda Harun peyğəmbəri görmək-qələbəyə, bol ruziyə yozulur. Ardı »

H hərfiYuxuda Hovuz görmək

Gənc insan yuxuda hovuzda üzürsə – bu, yaxşı yuxudur: onun ləyaqəti və dürüstlüyü həqiqi dost tapmağa və öz vəziyyətini cəmiyyətdə yaxşılaşdırmağa kömək edəcək. Ardı »

H hərfiYuxuda Karlıq,korluq, hissetmə qabiliyyətinin itirlməsi görmək

Yuxuda qeyri-məlum səbəbdən hissetmə qabiliyyətini itirmək – real həyatda hansısa bədbəxt hadisə nəticəsində şikəst qalmağa işarə deyil. Belə yuxu gündəlik həyatın qarşınızda qoyduğu öhdəlikləri nə dərəcədə yerinə yetirmək iqtidarında olduğunuzu düşünməyə vadar edir. Bundan əlavə bu yuxu həyatda QƏHRƏMAN rolunu öz üzərinizə götürmək istəmədiyinizə işarədir. Qəflətən sizə həyatda heç bir bağlılığınızın olmadığı insana qarşı öhdəlik və məsuliyyət hissləri gəlir. Bu, vəziyyəti çətinləşdirir. Bəzilərimiz ətrafımızdakı insanlara qarşı münasibətdə öz öhdəliklərimizi yerinə yetirməyə cəhd göstəririk. Daha bir məyusedici vəziyyət – nəyinsə və kiminsə qarşılığında hissetmə qabiliyyətini itirmək. Mən nəyəsə görə verərdim…. mübaliğəli ifadəsi hiss etmək qabiliyyətinizi hansısa daha qiymətli bir şeyə dəyişmək istəyinizi Ardı »

H hərfiYuxuda Hind xoruzu görmək

Yuxuda hindquşu görmək işlərinizdə gəlir, kəndlilərə isə bol məhsula işarədir. Onları yuxuda satış üçün hazır görmək işlərinizin yaxşılaşacağına işarədir. Yuxuda hindquşu xəstə və ölü görmək çətin vəziyyətə və sizin bundan əziyyət çəkəcəyinizə işarədir. Yuxuda hindquşu görmək sevincli hadisələrə işarədir. Onları uçan vəziyyətdə görmək sizə uğur və məşhurluq deməkdir. Hindquşu öldürmək o deməkdir ki, nəticədə siz halal yolla varlanacaqsınız. Ardı »

H hərfiYuxuda Türk hamamı görmək

Türk hamamında yuyunmaq sizə ev və dostlarınızdan kənarda gözlənilməz xəstəliyə işarədir. Eyni zamanda, sizi xoş macəralar gözləyir. Əgər başqalarının yuyunduğunu görürsünüzsə, onda sizi maraqlı mühit gözləyir. Yuxuda hamamda (saunada) özünü buğa vermək o deməkdir ki, siz son dərəcə qıcıqlandırıcı insanların əhatəsində olacaqsınız. Hamamdan çıxmaq o deməkdir ki, siz tezlikə boş yerə həyəcanlandığınızı dərk edəcəksiniz. Ardı »