Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

D hərfiDƏLİQNLI (cavan oğlan)

Röyada sevimli və gülərüzlü bir gənc görmək-sevincə, xoçbəxtliyə yozulur. Bütün istəklərinizə çatacaqsınız. Çirkin və vəhşi üzlü bir gənc görmək-düşmənçiliyə, qəmə, kədərə işarədir. Bir dəliqanlının (gənc qızın) arxasına düşüb getmək-düşmənlərinizə üstün gələcəksiniz, qismətiniz açılacaq. Subay bir gənc qızın yuxusunda cavan oğlan görməsi, onunla danışması və ya arxasınca getməsi-həmin qızın bəxti açılacaq və qısa bir zamanda xoşbəxt ailə həyatı quracaqdır. Ardı »

D hərfiDİLƏNÇİ

Röyada dilənçi görmək və ya sədəqə vermək-cavan kişi üçün yaxın vaxtlarda qiymətli bir dost qazanacağına; orta yaşlı bir adam üçün cansıxıcı itkiyə əlamət sayılır. Bu yuxu gənc qadın üçün yaxın zamanda hər hansı bir təklif olacağına, evli deyilsə, ona evlənmə təklifi ediləcəyinə, yaxud dalğınlığından peşmanlıq duyacağı anlamına gəlir. Röyada bir dilənçıyə yardımda bulunmaq-mirasa qovuşacaq, durumunuz düzələcək və eşqdə xoşbəxt olacaqsınız. Yuxuda dilənçiyə sədəqə verməmək-o anda əlinizdə olan işdə uğur qazanmayacağınızı göstərir. Bir dilənçiylə birlikdə çörək yemək-öz dairələrinizdə sayılan adam olacaq və çoxlu dost qazanacaqsınız. Ardı »

D hərfiYuxuda Dirsək görmək

Yuxuda dirsək görmək o deməkdir ki, sizə gərgin iş təklif edəcəklər və buna görə siz mükafat alacaqsınız. Gənc qadın üçün belə yuxu ərə getmək üçün uğurlu imkanlara işarədir. Yuxuda çirklənmiş dirsəklər görmək gənc qızın ərə getmək üçün çox əla şansı əldən verəcəyinə işarədir. Ardı »

D hərfiDAM

Yuxuda damdan düşmək-qorxunc bir olayla qarşılaşaraq, özünüzü itirəcəyinizə işarədir. Damda bir-bir seçib kirəmit düzmək-bəzi vasbası və unutqan kimsələrlə tanışaraq böyük ziyan çəkəcəyinə işarədir. Ardı »

D hərfiDAVUD-

Peyğəmbərlərdən Davud əleyhissəlamı yuxuda görmək sağlam iradəyə, günahlarından dolayı tövbəkarlığa və xeyirxahlığa işarə sayılır. Röyada peyğəmbər görmək-ana və ata uşaqlarına necə şəfqət və mərhəmət göstərib, onların üstündə əsirsə, onlar da özünə tabe olan millətə eyni şəfqət və mərhəmət göstərməkdə əsla tərəddüd etməzlər. Bu səbəbdən də peyğəmbər röyada bir böyük, bir müəllim və ya sayğılı bir ustad anlamındadır. Peyğəmbər doğru yol göstərən ən yaxşı rəhbərdir. Peyğəmbərin yuxuda bütün gözəl keyfiyyətləriylə görən və ya ondan çox ləziz bir şərbət alan, yaxud da peyğəmbərdən bilgi öyrənən adam əmr və yol göstərməyə uyub ki, bu da o kimsənin pozğun yolda olduğuna işarədir. Ardı »

D hərfiYuxuda Dəli görmək

Yuxuda dəli görmək sizin əvvəlcədən biləcəyiniz təhlükə və başqalarının taleyinin sizin hərəkətlərinizdən asılı olacağına işarədir. Yuxuda dəlini müalicə etmək –həyatda bədbəxt bir hadisənin qurbanına çevriləcəyinizə işarədir.Yuxuda insanların dəliyə istehza etdiklərinə şahid olmusunuzsa, bu, sizin ehtiyat tədbirləri və məlumatlarınıza əhəmiyyət verilməyəcəyinə və nəticədə baş vermiş qəzanın çoxlu qurbanlarının olacağına işarədir. Ardı »

D hərfiYuxuda Dərman görmək

Yuxuda yaxşı dadı olan dərman qəbul etmək həyatınızı müsbət istiqamətə dəyişəcək çətinliklərə işarədir. Acı dərman qəbul etsəniz, sürəkli xəstəlik, dərin kədər və itkiyə işarədir. Başqalarına dərman vermək sizə etibar edən adamlara zərər verəcəyinizə işarədir. Ardı »

D hərfiDIRNAQ LAKI

Bəzək-düzəyə həddən artıq aludəçiliyə və bunu dost-tanış tərəfindən yaxşı qarşılanmadığına işarədir. Ardı »