Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarMikrodalğalı soba mikrobları məhv edir

Araşdırmalara görə, mikrodalğalı soba mətbəxdə istifadə edilən qab-qacaq bezlərində və fırçalarda xəstəlik qaynağı olan virus və bakteriyaları öldürür.

ABŞ-ın Florida Universitetinin müəllimi, professor Qabriel Bitton mətbəx əşyalarını yuduqdan sonra dezinfeksiya edilməsi üçün mikrodalğalı sobadan istifadə olunmasının zəruriliyini söyləyir.

Sınaq məqsədilə mikrodalğalı sobaya mətbəx əşyaları yerləşdirilmiş və 2 dəqiqə ərzində əşyalardakı xəstəliktörədicilərin 99 faiz öldüyü müəyyən olunmuşdur. Ardı »

Maraqlı MəlumatlarXərçəng xəstəsi olan qadın dördəm doğdu

ABC News bildirir ki, ABŞ-ın Kolorado ştatında yaşayan Endi və Eşli Edamslar bir gündə 4 övlad valideynləri olacaqlarını biləndə çox sevinmişdilər.
Fəqət, Eşlinin hamiləliyinin 21-ci həftəsində ona xərçəng xəstəsi olduğunu dedilər.

Kolorado Universitetinin professorları bildirdilər ki, Eşlinin qalxanabənzər vəzində xərçəng şişi var, mərəz də onun limfatik düyünlərinə sürətlə yayılır.

"Həkimlərdən biri dostum idi. Ağlayaraq dedi ki, arvadım xəstədir, ölə bilər", - Endi deyir.
İndisə o Uaytt, Rayli, Brelinn və Samantanın atasıdır.
Uşaqlar vaxtından iki ay əvvəl doğulsalar da, sağlamdırlar və özlərini əla hiss edirlər.

"Həkimlər mənə dedilər ki, xərçəng xəstəsiyəm, dərhal müalicə kursuna başlamalıyam. Üstəlik, ana olmaq üçün qeysər kəsiminə məruz qalmalıydım və 7 saatlıq əməliyyat Ardı »

Maraqlı MəlumatlarDünyanın ən nadir 10 xəstəliyi

ABŞ-ın CNN media şirkəti dünyanın ən nadir, az rast gəlinən və bu günə kimi hələdə müalicəsi tapılmayan xəstəliklərinin adlarını açıqlayıb.
Siyahıda 10 xəstəliyin adı var. Onlar aşağıdakılardır:

1. Morgellons – Bu günə kimi 14 000 insanda rast gəlinən bu xəstəliyin yaranma səbəbinin parazitlər olduğu güman edilsədə müasir tibb hələdə onun müalicəsində acizdir. Xəstəlik zamanı insanın dərisindən qara, mavi və ya qırmızı liflər sallanır.
2. Progeria – Bu xəstəlik erkən yaşlanma xəstəliyi kimi də qəbul edilir. Genetik olan progeria xəstəliyinə məruz qalan insanlar adətən 12-13 yaşlarında ölürlər.
3. Su allergiyası – bu günə kimi yalnız 30 nəfərdə bu xəstəlik müəyyən olunub. Su allergiyası zamanı insan nə Ardı »

Maraqlı MəlumatlarBədəni yağ tutmayan insan

BBC-nin məlumatına görə 23 yaşındakı velosipedçi Tom Stanifordun bədəni yağ tutmur. Onun dərisinin altında yağ yığılmır.
Bu səbəbdən həmin prosesin nadir görülən bir xəstəliklərdən olduğu deyilir. Verilən məlumatda qeyd olunur ki, Tom normal çəkidə doğulub, lakin uşaqlığı dövründə üzündəki, qol və qıçlarındakı yağlar əriməyə başlayıb. Heç kim Tomun xəstəliyinə diaqnoz qoya bilmirdi, ta ki qısa bir müddət əvvələ qədər.
Alimlər Tomun DNT-ini araşdıraraq xəstəliyi ortaya çıxaran mutasiyanın hansı gendə olduğunu təsbit etməyə çalışıblar.
Həkimlər Toma MDP sindromu deyilən və dünyada yalnız səkkiz adamda olan bir xəstəlik diaqnozu qoyublar.
Bu baxımdan səhhətində problemlər olduğu və şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Tom universitetdə hüquq və fransız Ardı »

Maraqlı MəlumatlarGünə yumurta ilə başlayan...

Milli.Az "The Daily Mail"ə istinadən bildirir ki, ABŞ-dakı Luiziana Universitetinin alimləri yumurtanı aclıq hissinin "təbii düşməni" hesab edirlər.

Alimlər 20 könüllünün cəlb olunduğu eksperiment aparıblar.
Onlara həftə ərzində hər səhər iki yumurta və ya bir qab sıyıq yemək təklif olunub. Kalorilər, karbohidrogenlər, zülallar və yağlar bərabər miqdarda olub.

Nahar vaxtı isə könüllülər nə qədər ac olduqlarını deyiblər, sonra istədikləri qədər yeyiblər və qan analizi veriblər.

Məlum olub ki, səhər saatlarında yumurta yeyən adamlar naharda az yeyirlər. Onların qanlarında aclıq hormonu qrelinin miqdarı az, toxluq hissi yaradan PYY hormonu isə daha çox olub.
Yumurtanın belə xassələri onun tərkibindəki zülalın keyfiyyəti ilə bağlıdır. Ardı »

Maraqlı MəlumatlarQəhvə içənlər intihar eləmir

Harvard tibb məktəbinin mütəxəssisləri müəyyən ediblər ki, mütəmadi qəhvə qəbulu intihar riskini iki dəfə azaldır.
"The World Journal of Biological Psychiatry" jurnalına istinadən bildirir ki, bu, 1980-ci illərin sonlarından 2008-ci ilə kimi aparılmış tədqiqatların nəticəsində ortaya çıxarılıb.

Tədqiqatlara 200 min nəfərdən artıq adam qatılıb. Onlar qəhvə, kofein qatışıqlı içkilər və ya kofeinsiz qəhvə içməkləri barədə suallara cavab veriblər.
Bu müddət ərzində 277 intihar hadisəsi qeydə alınıb. Məlumatların təhlili göstərib ki, kofein qəbulu ilə intihar riski arasında əks əlaqə var.
Məlum olub ki, həftədə bir fincan qəhvə içənlərin intihar riski gündə dörd-beş fincan qəhvə içənlərdən 50 faiz yüksəkdir.
Müəlliflərin fikrincə, kofein mərkəzi sinir sistemini stimullaşdırmaqla yanaşı, Ardı »

Maraqlı MəlumatlarKöçürmə ürəklə dünya rekordu qıran insan öldü

Daily Mail qəzetinin verdiyi xəbərə görə 1978-ci ildə ürək çatışmazlığı diaqnozu ilə əməliyyat olunan və yeni bir ürək köçürülən Amerika vətəndaşı Tony Huesman taxılan yeni ürək sayəsində 31 il yaşayaraq dünya rekordunun sahibi olmuşdur.
Ohioda bir idman əşyaları satılan mağazada satış müdürü kimi işləyən Tony əməliyyatdan bir müddət sonra şəkər daha sonra isə dəri xərçəngi xəstəlikləri ilə mübarizə aparmalı olmuş və nəhayət xərçəng xəstəliyindən vəfat etmişdir.
Eyni zamanda qezet Taninin bacısı Lindanın da ürəyinin dəyişdirildiyini lakin onun cəmi 11 il yaşadığını qeyd etmişdir. Ardı »

Maraqlı MəlumatlarHıçqırmaq ciddi xəstəliklərin əlaməti ola bilər

Çoxumuz gün ərzində anidən olaraq hıçqırmağa başlayırıq. Bəzən nəfəsimizi saxlayır, bəzən də su içərək bu istəksiz vəziyyətdən xilas olmağa çalışırıq.
Ancaq səbəbsiz baş verən və uzun müddət davam edən hıçqırıqlar beyin və vacib orqan olan ürəkdə baş verən xəstəliklərin xəbərçisi ola bilər.
İstanbul-Memorial Ataşehir xəstəxanası terapiya şöbəsindən Həkim Prof. Birsel Kavaklı, hıçqırıq haqqında məlumat verib. Çox sürətli yemək yemək, həddindən artıq spirt və siqaret çəkmək hıçqırmağa səbəb ola bilər. Hıçqırıq, sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran və diafraqma adı verilən əzələnin spazmından sonra səs tellərinin olduğu qırtlaq bölgəsinin birdən bağlanmasıyla meydana gəlir və bu sırada bir "spesifik hıçqırıq" səsi Ardı »