Kişiler haqqında → Və mən yetim qalmışam-qadından yetim...
Sən öləndə kim olacaq gözlərini bağlayan ?
Qardaşmı olacaq, yadmı olacaq ?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!
Ramiz Rövşən
Məzarının baş ucunda oturmuşam... Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.
Çox sevinirdin-çünki ilk dəfə idi sənə “gəl, şəklini çəkim” demişdim. Yüyürüb saçlarını qaydaya saldın, paltarını dəyişdin.
Mən isə qışqırdım: “Tez ol! Yoxsa çəkməyəcəm”. Bu sevinci də sənə çox gördüm. Gözlərin doldu. Vecimə də olmadı. Şəklini çəkdim. Sən Ardı »