Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nesihetler, atalar sözleriAtalar sozleri (Ş)

Şabalıtdan yağ çıxmaz.
Şabaşını vermişik.
Şadlığına şitlik eləyir.
Şair gördüyünü yazar.
Şair sözsüz olmaz.
Şayiə hər yanı gəzər.
Şalbanın bir ucu sənin çiynindədir.
Şam başından yanar.
Şam dibinə işıq salmaz.
Şam yanar, şölə çəkər...
Şam yanmasa, başına pərvanə dolanmaz.
Şam kimi əriyib.
Şamdan soruşdular: -İplik yanır, sən niyə əriyirsən?

Şam dedi: - Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm!
Şamaxıda danışır, Bakıda eşidilir.
Şahla plov yemirəm ki, bığım yağa batar.
Şahsənəm oğlan doğub!
Şahin ilə dəvə ovlamazlar.
Şeytana papış tikir, başına da deşik qoyur. Ardı »

Nesihetler, atalar sözleriAdam

Ad adamı bəzəməz, adam adı bəzəyər.
Adam hər düşməndən bir ağıl öyrənər.
Adam min acını udar bir şirinin xatirinə.
Adam olana bir söz yetər.
Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz.
Adam yanıla-yanıla öyrənir.
Adam var ki adamların naxşıdı adam varki heyvan ondan yaxşıdı adam varki dindirsən can deyər adam var ki dindirməsən yaxşıdı
Adamı dindir, sonra qiymətin ver.
Adamı qılınc öldürməz, tənəli söz öldürər. Ardı »

Nesihetler, atalar sözleriAtalar sozleri (P)

Padşah uzaqda, allah yuxarıda, kimə deyəsən dərdini?!
Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdır.
Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz.
Padşahın da dalınca danışarlar.
Padşahın da rəiyyətə işi düşər.
Padşahın söhbətinin əvvəli – dirilik, axırı – ölüm.
Pay bölənə pay qalmaz.
Pay bölənin yüzdə biri cənnətə gedər.
Pay verdi, dalınca gəldi.
Pay dolu gələr, dolu gedər.
Pay payı döyər, çıxardar.
Pay paylayan payından olar.
Paydan pay ummazlar.
Paydan uman pay verməz.
Payın qabağı pay olar.
Payın cənnətdə.
Payını yalqız yeyən payını dişi ilə tutar.
Payını payımın üstə qoy, ya altından ye, ya üstündən.
Payız camışı qaçağan olar.
Payızın suyu kasıbın boğazına təngdir.
Palaza bürün, elə ilə sürün.
Palan–palan, mənə də palan?!
Palçığa batan arabanı öküz çıxardar.
Pul əl çirkidir. Ardı »

Nesihetler, atalar sözleriAtalar sozleri(C)

Camal gedər Kamal gələr
Cücəni payızda sayarlar.
Cavan baş bir çanax qandır.
Cavan işlər, qoca dişlər.
Cavanlıq bir dəfə olar, qocalıq da bir dəfə.
Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.
Cavanlıq soltanlıqdır, bacarsan saxla.
Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.
Cavanlıqda zəhmət çəkən, qocaldıqda möhnət çəkməz. Ardı »

Nesihetler, atalar sözleriAtalar sozleri(D)

Dəvə yaxını otlar, uzağı gözlər.
Dəmir sürtüldükcə parıldar.
Dözən döş yeyər.
Dost dosta tən gərək-tən olmasa gen gərək.
Dost dostu dar gündə sınayar
Dostsuz insan qanadsız qus kimidir Ardı »

Nesihetler, atalar sözleriAtalar sozu2

Avara qonaq ev yiyəsini də avara qoyar.
Ağ ağca qara gün üçündü.
Ağıllı fikir edincə, dəli Kürdən keçər.
Ağzına bax tikə kəs.
Ağlı olan, qışın qeydinə yayda qalar.
Adam aşını-işini bilməlidir.
Adam yanıla-yanıla öyrənər.
Adam sözdən, uşaq gözdən.
Adam olana bir tək söz kifayətdir.
adam adamın şeytanıdır. Ardı »