Yuxuda şir görmək sizi böyük qüvvələrin idarə etdiyinə işarədir. Yuxuda şiri özünüzə tabe etsəniz, istənilən işdə qalib olacaqsınız. Şir sizə qalib gəlsə, bu, real həyatda düşmənlərinizin zərbələri altında müdafiəsiz qalacağınıza işarədir. Şiri qəfəsdə görmək o deməkdir ki, uğurunuz sizə qarşı çıxan adamları neytrallaşdırmaq imkanlarınızdan asılıdır. Yuxuda qəfəsdə olan şirin hərəkətlərinə nəzarət edən təlimçi qadını görmək işlərinizdə uğura işarədir; bilikləriniz və yüksək iş bacarığınız kişi və qadınların hörmətini qazanmağa, diqqətini cəlb etməyə kömək edəcək. Yuxuda gənc şir görmək o deməkdir ki, əgər böyük diqqət ayırsanız, sizi uğur əldə edəcəyiniz böyük iş gözləyir. Gənc qadın yuxuda cavan şir görübsə, yeni, yaraşıqlı sevgili tapacaq. Qadın şir mağarasında müqəddəs Danili görübsə, bu onun intellekt və gözəlliyinin ona sevimli sevgili yetirəcəyinə işarədir. Yuxuda şir nəriltisini eşitmək işlərdə gözlənilməz nailiyyətlər və qadınların uğuruna işrədir. Qarşınızda dişlərini qıcayaraq göstərən şir başı görmüsünüzsə, hakimiyyəti əldə etməkdə məğlubiyyətə uğrayacaqsınız. Şir dərisini görmək zənginlik və xoşbəxtiyə işarədir. Yuxuda şirin üstündəsinizsə, bu, həyatda çətinliklərin aradan qaldırılmasında mərdlik göstərəcəyinizə işarədir. Yuxuda iti bıçaqla öz uşaqlarınızı şirdən müdafiə edirsinizsə, bu, həyatda düşmənlərinizin hiyləsinə uyaraq onlara məğlub olacağınıza işarədir.
——
Yuxuda insan şirə çevrilibsə, bu itki və alçalmağa işarədir.
——
Şir – çar hakimiyyəti, zülm, qəddarlığa işarədir. Yuxuda qəfəsdə şir görmək – son məqamda hərbi rəislər özlərini cəsarətsiz apararaq güclü hökumətin nüfuzunun aşağı düşməsinə səbəb olacaqlar.Yuxuda balaca itlə oynayan şir görmək bütün ömür boyu sürəcək əsl dostluğa işarədir.Ürəyindən yaralanmış şir görmək nüfuzlu bir şəxsi təhqir etdiyinizə görə ömür boyu cəza çəkəcəyinizə işarədir.Yuxuda bir cəmdəyi yeyən şir və ayı görmək o deməkdir ki, tarixi qarşıdurmalara baxmayaraq Almaniya Böyük Britaniya ilə ittifaqa girəcək. Yuxuda ac, arıq,haldan düşmüş şir görmək aclıq dövrü- avqustdan sonra qiymətlərin yenidən dəyişilməsi dövrünə işarədir.Ovu əhatəyə alan şir dəstəsi görmək İrlandiyanın müstəqillik uğrunda hüquqlarını fəal müdafiə edəcəyinə işarədir. Böyük lojada uzanan şir görmək Avropa dövlətlərinin vəziyyətinin sabitləşməsinə və yeni valyuta –avronun üstünlüyünə işarədir.
Tarix: 04.05.2014 / 20:52 Müəllif: Ebulfez Baxılıb: 155 Bölmə: Ş hərfi